Həyat çox mənasız və boş bir şeydir. Hər kəs bir gün mütləq öləcək.
Bu gün Azərbaycan musiqisi və mugamı öz əsas dayaq sütunlarından birini də itirdi. Əməkdar artist, xanəndə Süleyman (dədə Süleyman) Abdullayev dünyasını dəyişdi. Əlbəttə ki, ölüm haqdır və bir gün gələn, bir gün gedər deyiblər. Ancaq bu həyata bəzən elə insanlar gəlir ki, onlara həyatdan getməzdən əvvəl, layiqli qiymət vermək mütləqdir. Süleyman Abdullayevin şəxsiyyətinə hörmət etməyən, onun necə gözəl bir insan, və eyni zamanda da, gözəl xanəndə oldugunu bilməyən çox az sayda insan ola bilər. Bəli məhs bu yüksək keyfiyyətlərə görə də, sadə insanlar və xalq ona Dədə adını vermişdir. Toylardan və məclislərdən qazandıgı pulların böyük bir hissəsini, kasıb və ehdiyyacı olan ailələr arasında bölüşdürmüşdür. Onun haqqında çox şeylər yazıb bitirmək olar. Ancaq onun musiqimizə və mugamımıza verdiyi tövhələri yazmaqla bitməz. Ruhun şad olsun qəlbi kimi sənəti də böyük insan! 

Qoy gedəndə həyatdan desinlər ki, kişi gedir,
Olmayıb bu həyatda bir kimsəylə işi gedir.
Gedişin mübarək əsil kişi!..
ALLAH RƏHMƏT ELƏSİN!

Süleyman aylardır yataq xəstəsi idi, vəziyyəti ağır idi, kimsənin yadına düşmədi. Birdən kimsə təsadüfən eşitdi, yanına getdi və ordan şəkil çəkib paylaşdı. Şəkil həvəskarları onun yanına gedib bir-bir fotosessiya eləməyə başladılar. Və nəhayət məşhur “başyeyən” də özünü yetirdi…
Dədə Süleyman yaxşı sənətkar idi, qiymətini almayanların sırasındaydı. Şəxsən mən yaltaqlandığını filan görməmişəm. Onu ”stoykası” olan kişilərdən hesab edirdim.
Bəlkə də Allah onun kimlərinsə vasitəsiylə sağalmasına, boynuna minnət götürməsinə özü razı olmadı.
Allah kimsəni ağır duruma salıb kimsəyə möhtac edib, boynuna layiqsiz adamların minnət qoymasına imkan verməsin. Amin.

Turanxeber.az Güllər Amin