Səttar Bəhlulzadə ona dövlət tərəfindən verilən evin açarlarını Tahir Salahova verib deyir ki, götür açarları, yubanma, evlən.
Özü isə heç vaxt evlənməmişdi.
Onun əsərləri məmur otaqlarını bəzəmirdi. Ümumiyyətlə, o, çəkdiyi rəsmi ürəyinə yatan istənilən insana hədiyyə verə bilərdi. Buna görədir ki, yüzlərlə əsərdən çox az qismi satılıb, gerisi hədiyyə. Rəssam sənəti təkcə sərgilərin yox, həm də sıravi insanların divarlarına bağışlamışdı.
“Mən ilham və natura ardınca Qogen kimi baş götürüb Taiti adasına getmirəm və bunu başqalarına da məsləhət görməzdim. Çünki doğma xalqın həyatı, Vətən torpağı əsl ilham mənbəyidir”- deyirdi Səttar.
Bəli, Səttar vətəndir, Səttar eşqdir, Səttar böyükdür.
Bu gün onun anım günü. Ruhun şad olsun, sonuncu dərviş…
ALLAH RƏHMƏT ELƏSİN!
ALLAH RƏHMƏT ELƏSİN!
Turanxeber.az Güllər Amin.