Səhiyyə Tv-də Nuranə Gülərin təqdimatında yayımlanan “Əlimi Buraxma” telelahiyyəsinin ötən günkü buraxılışında Bir neçə Media nümayəndələri ,müəlimə və QHT-rəhbərləri ilə birlikdə ölkədə baş verən sosial hadisələr müzakirə olundu.
Bəzən ağlımıza gəlməz ki, valideyin dünyaya gətirdiyi övladlarını ən qlobal həyatı məsələlərdən uzaq tutur və ona ömrü boyu bağışlanmaz acı bir zərbə vurur.Övladının həyatının ən mühüm çağına ,təhsil almalarına əngəl olan məsələni aparıcı verlişdə səsləndirildi. 25 ailə uşaqını məktəbdə oxumaqa qoymur. Niyə? Video- dakl görüntülərdən görəcəksiz bir ailənin aqibəti necədir? Ailə 6 uşaqla çöllərdə qalıblar.Əslinə qalanda bu ailənin sorumlusu Astara rayon orqanlarıdır və təhsil işləri ilə məşqul olan məmurlardır.Təsəvvür edirsiz bir ailədə 6 uşaq var böyüyü 16 yaşında hələdə bu yazıq uşaqlar məktəb üzü görməyiblər, hərif tanımirlar, adlarını belə yaza bilmirlər.
Kimdir günahkar?
Içki düşkünü olan və ovladlarını küçələrdə diləndirən valideyinlər yoxsa cəmiyyət, bəlkə də adiyyatı olan orqanlar? Bu videonu izlədikdən sonra bütün xalqımız müzakirəyə qoşula bilər.Bəlkə o, zaman günahkar tapıla bildi.
Sözü gedən videonu tamaşaçılarımıza və oxucularımıza təqdim edirik.
2- ci Müzakirəmiz Nuranə Gülərin təqdim etdiyi sujetdə xəstə balamızla baqlı oldu və Nevropotoloq həkim Nuridə Tağıyeva xəstə uşaqla bağlı tam açıqlamasını verdi. Həkim onu qeyd etdi ki, belə xəstələrin saqalması mğcüze hallarında ola biler.Valideyinlərin isə ümüdü bahalı iynələr vurulsa uşaq saqala bilər düşünməkdədirlər. Bilirsiz bizim ölkədə çox savadlı, qiymətli həkimlərimiz var amma onları dinləmək valideynlər üçün artıq olur. Hər kimsə uşaqının saqalmasını istəyirsə həkimi dinləməlidir. Nuranə Gülərin təqdim etdiyi sujetlərdən görünür ki, Azərbaycanın həkim ordusu “Əlimi Buraxma” verliş ətrafında toplanıb .Ən çətin hallarda heç bir təmanna olmadan yardım edirlər. Biz bir neçə verlişdə belə xəstələrin və onlara yardım edən həkimlərin şahidi olmuşuq.Bizcə valideyinlər bu xeyirxah verlişə xəstə uşaqlarını çəkinmədən ən etibarlı məkan kimi güvənərək gətirməlidirlər.Nəyin ki, sosial şəbəkələrdə xəstə uşaqın rəsmini paylaşıb müalicəsi üçün pul toplayırlar.
3-cü Müzakirəmiz. 6 yaşlı bir qızın verlişə zəng edib verlişin aparıcısı Nuranə Gülərdən özünə təzə məktəb paltarı istəməsi və oxumaqa olan həvəsi insanı kövrəltməyə bilmirdi . Onun arsuzunu verlişin kollektivi dərhal həyata keçirərək .Xədicəyə təzə məktəbli paltarları alıb evinə qədər aparırlar.Sonradan bir xeyyriyəçi QHT rəhbəri Gülşən Behbud bu müraciyyəti görür və bu balaca qızımıza gözəl -gözəl geyimlər alıb bir başa studiyaya gətirir.Ən maraqlısıda odur ki, Xədicə balamız hədiyyələrə heyrətlə baxırdı. Bəlkədə inana bilmirdi ki, onun bu qədər təzə paltarı var.
Sonda günün qəhrəmanı bu cəsarətli Xədicə oldu.
Sağ olsun SƏHİYYƏ TV ki, bu balacanı belə sevindirdilər.
Turanxeber.az Baş redaktor Güllər Bəhrəmova.