Nüsrət Kəsəmənli
Doğum tarixi: 29.12.1946
Vəfat tarixi: 15.10.2003
Nüsrət Yusif oğlu Kəsəmənli (29 dekabr 1946, Ağstafa rayonu – 16 oktyabr 2003, Təbriz) — Azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982).
Həyatı-Nüsrət Kəsəmənli 29 dekabr 1945-cı ildə Ağstafa rayonu rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1966). Universitetin II kursunda ikən “Bakı” və “Baku” qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978-1985).
1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 150-dək şerinə musiqi bəstələnmişdir. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Ənbizlərin keşiyində”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI,VII Ümumittifaq müşavirələrində iştirak etmişdir.
Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981-1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI,VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.
Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.
Filmoqrafiya:
Bakı-42 (1985, qısametrajlı sənədli film) – redaktor
Geriyə baxmağa dəyər… (1985, qısametrajlı sənədli film) – redaktor
Qurultaydan qurultaya (III) (1985, qısametrajlı sənədli film) – ssenari müəllifi
Bakı eyvanları (1986, qısametrajlı sənədli film) – redaktor
Gecikmiş gündəlik (1986, qısametrajlı sənədli film) – ssenari müəllifi
Afroditanın qolları (1987, qısametrajlı bədii film) – ssenari müəllifi
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (1987, qısametrajlı sənədli film) – ssenari müəllifi
Kəndlərin harayı (1987, qısametrajlı sənədli film) – ssenari müəllifi
Monoloq (1987, qısametrajlı sənədli film) – redaktor
Müsəlmanlar sülh uğrunda mübarizədə (1987, qısametrajlı sənədli film) – ssenari müəllifi
Neftçi – 87 (1987, qısametrajlı sənədli film) – ssenari müəllifi
Şeytan göz qabağında (1987, tammetrajlı bədii film) – aktyor (redaksiyaya daxil olan)
Azərbaycana səyahət (II) (1988, qısametrajlı sənədli film) – ssenari müəllifi
Əmbizlərin keşiyində (1988, qısametrajlı sənədli film) – ssenari müəllifi
Doğma sahillər (1989, tammetrajlı bədii film) – aktyor (İranlı general)
Goranboy – Oğuz eli (1989, qısametrajlı sənədli film) – ssenari müəllifi
Lətifə (1989, tammetrajlı bədii film) – redaktor
Şerəli və Aybərçin (1989, tammetrajlı bədii film) – aktyor
Dünyada yeganə (1990, qısametrajlı sənədli film) – ssenari müəllifi
O dünyadan salam (1991, tammetrajlı bədii film) – redaktor
Ayrılıq üçün bəhanə (2011, qısametrajlı bədii film) – mahnı mətni müəllifi
Şair Nüsrət Kəsəmənli aktyor Rəşat Kəsəmənlinin atasıdır.
Şair Nüsrət Kəsəmənli aktyor Cavidan Kəsəmənlinin babasıdır.
Yaradıcılığı-Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.
—
Əsərləri
1.Sevirsənsə, B., 1971;
2.Gözlərimin qarası,B., 1975;
3.Özümə bənzədiyim günlər, 1979;
4.Gümüş yuxular, B., 1981;
5.Təklikdə danışaq, B., 1983.
Məşhur şeirləri
Daha nağıllara inanmıram mən
Biri vardı, biri yox…
Səni unutsam…
Vətən alov etsin odunu sənin
Mənsiz qalacaqdır bu dünya bir gün
Oğru olmaq istəyirəm
Ağacın altında kölgə
Qoyunlar yeyəcək canavarları…
Məhəbbətdən küsəndə
Yoxdusa
Mənim o ağaca yazığım gəlir…
Mənə inanmırsan bir yuxu kimi