Səfərbərlikdən yayınan şəxsə cinayət işi açıldı

Dünya
Rusiyada səfərbərlikdən yayınma ilə bağlı ilk cinayət işi açılıb.
 Bu barədə “Aqora” beynəlxalq insan haqları qrupunun rəhbəri Pavel Çikov öz Telegram kanalında məlumat verib.
“Şübhəli şəxs çevik qüvvələrindəstəyi ilə saxlanılıb. İkinci gündür ki, müvəqqəti saxlama təcridxanasındadır. Onun 32 yaşı var, hərbi komissarlığa çağırış vərəqəsini imzalamaqdan imtina edib”, – deyə hüquq müdafiəçisi bildirib.
Çikov onu da bildirib ki, müstəntiq bu gün həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir.
Hüquq müdafiəçisi qeyd edib ki, Rusiya Ali Məhkəməsinin dəqiqləşdirmələrinə əsasən, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 328-ci maddəsi yalnız hərbi xidmətə çağırışdan yayınanlara şamil edilir. Şübhəlinin vəkili ittihamın rədd edilməsi barədə vəsatət qaldırıb.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu bildirib ki, ümumilikdə 300 min ehtiyatda olan hərbçinin çağırılması planlaşdırılır.
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir