Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, qeyd edib ki, müvafiq qərar TDT-nin 11 noyabrda Səmərqənddə keçiriləcək sammitində qəbul ediləcək.
Xatırladaq ki, Türkmənistan ötən il Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib.
Turanxeber.az