Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.
Bu barədə ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.
Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.
Gözəl bir sənətçi, müğənni ölüb. İnsanlar isə onun cinsi oriyentasiyasını müzakirə edir, lağ eləyir. Çox iyrənc “mənzərə”dir.
Mən bu cəmiyyətin düşüncəsini anlaya bilmirəm….
Rəhim Rəhimli ölmünü paylaşan səhifələrin altında yazılan şərhləri oxuyanda bir daha əmin oluram ki, bu xalqa bu iqtidar hələ az edir.
Rəhim Rəhimli nə oriyentasiya sahibi idi öz şəxsi həyatıydı.Bir insanı bəyənə və ya bəyənməyə bilərsiniz.Amma o insan öləndə ona təhqiramiz sözlər yazmaq, lağ-lağı etmək insanlıqdan bixəbər olmaq deməkdir.
İnsan olun ki, insan yerinə qoyulasınız.
Rəhim Rəhimli yerli popçuların arasında musiqi savadı olan nadir müğənnilərdən idi. Mahnılarında da bu hiss olunurdu. Səsi, mahnıları, da özünəməxsus idi, tərzi, mahnı oxuyarkən elədiyi hərəkətlər də. Min səsin arasından seçilən səsi var idi. Peşəkarlığı gün kimi ortada idi. Nə deyim… Yerin işıqlı və cənnət olsun…
Turanxeber.az
Turanxeber.az