Aksiyanın təşkilatçısı olan digər AXCP funksionerlərinin də vəziyyəti bənzərdir

Siyasət
Bu gün saat 4-də Milli Məclisin qarşısında planlaşdırılan etiraz aksiyasının qarşısını almaq üçün polis səhərdən qanunsuz həbslərə başlayıb. Artıq xeyli sayda müxalifətçinin həbsi haqqında məlumat var.
1. Tofiq Yaqublu- Milli Şura KM, Müsavat partiyası
2. Seymur Həzi – AXCP sədrinin müavini
3. Bəxtiyar İmanov- AXCP Rəyasət Heyəti
4. Babək Həsənov – AXCP Nərimanov şöbəsinin sədri
5. Faiq Nağıyev AXCP Xətai şöbəsinin sədri.
6. İmanlı Mehemmed – AXCP
7. Rövşən Seferov – AXCP
8. Rövşən Quliyev – AXCP
9. Samir Babayev – MBH
10. Tofiq Məmmədov – AXCP
11. Etibar İsmayılov – MHB
12. Müşfiq İmamquliyev – AXCP
13. İlham Hüseynin (AXCP RH üzvü) atası evindən aparılıb.
14. Abdulla Mahmudov- AXCP

Aksiyanın təşkilatçılarından biri olan AXCP Rəyasət Heyətinin üzvü Vahid Məhərrəmlinin də evi artıq mühasirəyə alınıb və onun evdən çıxmasını gözləyirlər.

Aksiyanın təşkilatçısı olan digər AXCP funksionerlərinin də vəziyyəti bənzərdir. Rejimin taktikası aydındır. Çalışacaqlar ki, etirazçıların çoxu, xüsusilə də təşkilatçılar Milli Məclisin qarşısına gedib çıxa bilməsin. Ancaq başa düşmürlər ki, bu halda da etiraz aksiyası baş tutmuş olacaq. Milli Məclisdə mürtəce bir qanunun qəbul edilməsinə dinc etiraz edən insanları kütləvi şəkildə həbs etməklə rejim özünü bütün dünyanın gözündə müttəfiqi Rusiya və Belarusla eyni sıraya qoymuş olacaq. Hakimiyyəti özü üçün də, dövlətimiz üçün də zərərli, təhlükəli yoldan dönməyə, xalqa qarşı zorakılıqdan imtinaya çağırırıq. Bilin ki, dinc aksiyaya qarşı kütləvi polis müdaxiləsi olacaqsa, bu qanunsuz hərəkətiniz bumeranq effektilə özünüzü də vuracaq. Bunu AXCP  sədri ƏLİ KƏRİMOV deyir.

Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir