Sizi bayraq bilib başımız üstə dalğalandırmağa, vətən bilib sevməyə, torpaq bilib əzizləməyə borcluyuq

ölkə
Azərbaycan insanının həyatını, gələcəyini, şərəfini və qürurunu qurtaran, bu yolda fədakarlıq edib can qurban edən qəhrəman Şəhidlər!
Bizə bağışladığınız o qədər çox şey var ki.. Aldığımız hər nəfəs sizin əsərinizdir. Bugün müharibə yoxdursa, qaçqınımız, köçkünümüz yoxdursa, ən başlıcası yenilmiş ölkə yox, qalib ölkə vətəndaşı kimi başı uca gəziriksə, bunu sizlərə borcluyuq. Siz bizə şərəflə yaşayacağımız bir həyat qoyub getdiniz. Ata-baba torpaqlarımızdakı narahat ruhların rahatlıq tapacağı, məzarı başında bir dua ilə yad edəcəyi doğmalarına qəlb rahatlığı verdiniz. Siz bizim üçün şəhid oldunuz – çoxunu tanımadığınız insanlar üçün.. Bizlər isə bundan sonra siz şəhidlərin hər birinizi tanımağa borcluyuq. Sizi bayraq bilib başımız üstə dalğalandırmağa, vətən bilib sevməyə, torpaq bilib əzizləməyə borcluyuq. Sizin valideynlərinizə, övladlarınıza borcluyuq. Sizi unutmamağa, hər daim xatırlamağa borcluyuq. Ruhunuz şad, məqamınız uca olsun!
Bir mətn şəkili ola bilər
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir