DARIXMIŞAM.
Həsrət küləkləri əsir,
Ömür qüruba tələsir.
Könlümdə xəyalın gəzir,
Sənin üçün darıxmışam.
Baxıb ayaq izlərinə,
Ümid çırpır dizlərinə.
Söykənib xoş sözlərinə,
Sənin üçün darıxmışam.
Daha itib gözəl çağım,
Talanıbdı bağça-bağım.
Boyuna həsrət qucağım,
Sənin üçün darıxmışam.
Ləçək-ləçək arzu solub,
Ümidlər saçını yolub.
Aygünün gözləri dolub,
Sənin üçün darıxmışam
Mənim şəhidim darıxmışam .
Turanxəbər.az Aygün Hüseynli
