Quran insana məhəbbət aşılayır

DIN
Quranın 16-cı surəsi “Bal arısı” adlanır. Qeyd edim ki, ana arı öz balasını 16 gün südlə bəslədiyindən, Rəbbim onun adına olan surəni də bu ədədlə nömrələnməsinə qərar vermişdir. Bal – arının gülə olan məhəbbətindən yarandığından, həm qərbdə, həm də şərqdə MƏHƏBBƏT rəmzi sayılır. Bu baxımdan 16 rəqəmi də Quranda məhəbbət rəmzi sayılır.
Bu hikmət özünü Mendeleyev cədvəlində də biruzə verir. Belə ki, məhəbbət yandırıcı hiss olduğundan, bu hiss “yanmaq”, “alovlanmaq” sözü ilə ifadə olunur. Maraqlıdır ki, yandırıcı element olan Kükürd də kimyəvi elementlərin dövri sistemində 16-cı (!) xanada yerləşir.
İnsan cəmiyyətindəki məhəbbətdə iki tərəf iştirak edir. Biri olmasa, o biri “yanmaz”. Deməli məhəbbətin yaranması üçün mütləq iki “16” lazımdır.
Kimya elmində də eynən belədir: 16-cı element olan Kükürd təklikdə yanmır. Onun yanması üçün mütləq Oksigen lazımdır. Burada diqqət çəkən ən maraqlı məqam odur ki, Oksigenin də atom kütləsi 16-dır ki, bu da məhəbbət rəmzidir.
“Biz hər şeyi sayıb yazmışıq”. “Quran”, 78:29.
Məhəbbət insana yaşamaq həvəsi, enerji verdiyi kimi, Kükürdün oksidləşməsindən yaranan Sulfat turşusu da məişətimizə enerji mənbəyi (akkumlyator) kimi daxil olub. Maraqlıdır ki, bu birləşmədə Kükürdün elektronları 2 – 8 – 6 formasında yerləşir ki, bunları da bütöv oxuduqda “Quran”ın səhifələrinə (286) işarədir (“Quran”ın 286 səhifədən ibarət olması barədə əvvəlki yazılarımda bəhs etmişəm).
Enerji mənbəyi olan Sulfat turşusunun elektronlarını cəmləsək:
2 + 8 + 6 = 16
Alınan 16 ədədi yenə də insana enerji verən məhəbbətin rəmzini göstərir.
Buradan aydın olur ki, “Quran” əslində insanlara məhəbbət aşılayır.
“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi, məhəbbət və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” Quran, 30:21.
Arının gülə olan məhəbbətindən BAL yarandığı kimi, insanların da məhəbbətinin nəticəsində BALa yaranır və hər ikisi şirindir. “Bala baldan şirindir” məsəli də bu hikmətdən qaynaqlanır.
Rəbbim bal arısını həm də insanlara ailə, ordu və dövlət qurub, idarə etmək üçün gözəl bir nümunə yaradıb.
Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu ylda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi “bal”la qiymətləndirilir.
Qeyd edim ki, Rəbbim elmi (və imanı) çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına Quranda surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. (31 ədədinin hikmətlərindən sonra bəhs edəcəm.) Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür.
Bal arısının yaranışında diqqət çəkən digər maraqlı məqam onun xromosomları ilə bağlıdır. Belə ki, erkək arı 16 tək xromosoma, dişi arı isə, 16 cüt xromosoma malikdir.
Bir vacib məqamı da diqqətinizə çatdırım ki, məhəbbət hissi insanın ürəyində deyil, ağ ciyərində yerləşir. Bu səbəbdən də güclü sevən və yaxud sevdiyi şəxsi itirən insanın adətən sinəsi göynəyir.
Hamınıza bol-bol sevgi məhəbbət, həyat eşqi arzulayıram. Çünkü Rəbbim buyurur:
“SİZ BİRİ-BİRİNİZİ SEVİN Kİ, MƏN DƏ SİZİ SEVİM”.
“…Şübhəsiz ki, Yaqub onu öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların əksəriyyəti bunu bilməz!” “Yusif” surəsi, 68.
Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi.

Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir