Nazirdən göstəriş: Şəhidimizin qardaşı dəvət olundu

Cəmiyyət

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində baş verən döyüş toqquşmasında şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Әhmәdov Sәbuhi Fuad oğlunun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş təşkil edilib.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb.

“Müdafiə nazirinin tapşırığına əsasən hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcəkdir”, – nazirlikdən qeyd edilib.

Qeyd edək ki, şəhidimizin qardaşı ötən gün idmançı Kamil Zeynallı ilə görüşü zamanı qardaşı Səbuhi Əhmədovdan Komando sıralarına daxil olması üçün 6 min manat rüşvət istənildiyini açıqlayıb.

Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir