Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən,Kəlbəcər,Laçın və Zəngilan istiqamətində genişmiqyaslı təxribat törədilib.
Təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42,Dövlət Sərhəd Xidmətindən isə 8 nəfər hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrimizin 50 hərbi qulluqçusu şəhid olub!
Şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm!!
Yaralılarımıza Allahdan şəfa diləyirəm!!
Turanxeber.az