Bu gün hamının dostu din alimi Şeyx Məhəmmədin anım günüdür

DIN
İbrahimov Məhəmməd Qüdrətullah oğlu 1928-ci ildə anadan olmuşdur. İlk təhsilini dövrünün tanınmış din xadimi-atası Şeyx Qüdrətullahdan almışdır. Bundan sonra atasının məsləhəti ilə dini təhsilini davam etdirmək məqsədi ilə Lənkəranın Digah kəndində yaşayan Molla Baba Axundun yanına gedir. Sonralar Lənkəranda Molla Baba Tahir Axunddan və Masallının Ərkivan kəndində yaşayan Şeyx Bəşir Axunddan dini təhsil almışdır. Amma uzun illər boyu sistemli və davamlı mütaliələrlə də məşğul olmuşdur. O, olduqca yüksək hafizəyə malik idi. Ərəb və fars dillərini bilir və hər iki dildə yazıb, oxumaq və danışmağı bacarırdı.
O, həyatı boyu siyasətə qarışmasa da, müstəqillik illərdində hər zaman Azərbaycan Dövlətçiliyini müdafiə etmiş və bu yolda bəziləri tərəfindən bir sıra haqsızlıqlara məruz qalmışdı. Lakin buna rəğmən heç vaxt öz qəti mövqeindən əl çəkməmiş və nadanlar qarşısında təslim olmamışdır.
O dəyərli din alimi olsa da hər kəsə din elmlərini öyrətmirdi. Bəziləri bunu Şeyxə irad tutsalar da o, bunun səbəbini belə açıqlayırdı: “Tərbiyəsi olmayana bilik vermək körpənin əlinə ülgüc vermək kimi bir şeydir…”
Görkəmli din xadimi 09 sentyabr. 2002-ci ildə dünyasını dəyişmişdir. Onun məzarı Cəlilabadda qədim qəbristanlığında atası mərhum Şeyx Qüdrətin məzarı kənarında yerləşir.
Ruhu şad olsun.  AMİN !

Bir 1 nəfər şəkili ola bilər
Turanxeber.az Güllər Amin
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.