Bayden Rusiyanı “terroru maliyyələşdirən” ölkə kimi tanımaqdan imtina edib

Dünya
 Dünən jurnalislərin “ABŞ Rusiyanı “terroru maliyyələşdirən” ölkə kimi tanınmalıdır” sualına Bayden “yox” cavabı verib.
Niyə? Təhlil edək.
-Rusiyaya “terroru maliyyələşdirən” statusunun verilməsi çox ciddi siyasi qərardır, amma bu qərarın sanksiyaların genişləndirilməsi üçün heç bir faydası olmayacaq(adətən bu status davamlı sanksiyaların tətbiqi üçün verilir: İran, Suriya, Şimali Koreya, Kuba), onsuzda Rusiyaya qarşı mümkün olan bütün sanksiyalar tətbiq olunur və bundan sonra da olunacaq.
-Rusiyanın “terroru maliyyələşdirən” ölkələr siyahısına daxil edilməsinin ciddi siyasi təsiri olacaq və bu, ABŞ-ın əlində hələ istifadə olunmayan təsir alətlərindən biridir, hal-hazırda Bayden bu alətin istifadəsini zəruri hesab etmir, daha əlverişli məqam gözləyir.
-Bayden bütün amerikalıların prezidentidir, Putini sevən trampçılar daxil olmaqla. Bayden bu cür ciddi qərarı lazımlı təbliğat fonu olmadan qəbul edə bilməz. Bu təbliğat Konqresin Baydenə “təzyiqləri” ilə həyata keçirilir, Konqresmenlər dayanmadan Baydendən Rusiyanı “terroru maliyyələşdirən” ölkə kimi tanımağa tələb edirlər.
-Müharibənin taleyini həll edən 2 faktor var. Sanksiyalar və silahlar. Sanksiyaların tətbiqi dayanmır və dayanmayacaq, bəzi sanksiyaları Rusiya özü özünə qarşı tətbiq edir, misal üçün Şimal Axını-1-in dayandırılması qaz embarqosuna bərabərdir. Silahlara gəlincə 2 gündən sonra(8 sentyabr) Ramştayn-5 toplantısı keçiriləcək və Ukraynaya aviasiya və HHM sistemlərin verilməsi müzakirə olunacaq.
Və nəhayət. Bayden Rusiyanı “terroru maliyyələşdirən” ölkələr siyahısına daxil edəcək? Mütləq! Amma indi yox(bir neçə aya).  Turanxeber.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir