İnsanlar sevinir dünən Zakir Qaralovun xəstə adı altında ölkədən qaçmasına imkan verilməyib

ölkə

Xəbər verdiyimiz kimi, Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun ölkədən çıxışına icazə verilməyib. Dünən bəlli olub ki, keçmiş prokurorun Azərbaycanı tərk etməsinə qadağa qoyulub. Belə ki, səhhətiylə bağlı Almaniyaya getmək istəyən Z.Qaralov hava limanından geri qaytarılıb.

Qohumlarından biri saytımıza deyib ki, Z.Qaralov kəskin qaraciyər serrozundan əziyyət çəkir. Onun təcili əməliyyat keçirməsinə ehtiyac var. Həkimlərin qənaətinə görə, sözügedən əməliyyatin yaxın vaxtlarda gerçəkləşməyəcəyi təqdirdə, xəstəliyin müalicəsi mümkünsüz olacaq.

Mənbə deyib ki, sabiq baş prokuror iki dəfə Mərkəzi Gömrük Hospitalında həkim müayinəsindən keçib. Onu dünya şöhrətli cərrah, transplantoloq Mircəlal Kazımi müayinə edib. Hətta xəstəyə əməliyyatın burda da gerşəkləşməsinin mümkün olduğu söylənilib.

Qohumunun sözlərinə görə, Almaniyaya getməyi Z.Qaralov özü istəyib. O, həm səhhətini qarantiyaya almaq, həm də “Tərtər işi” fonunda yaranmış burulğandan uzaqlaşmaq üçün ölkəni tərk etməyə çalışır.

Yaxın qohumu onu da deyib ki, Z. Qaralov Almaniyaya getmək fikrindən daşınmayıb. O, bu arzusunu reallaşdırmaq üçün yüksək vəzifəli şəxslərə minnətçi düşüb və onların köməyilə Almaniyada müalicə olunacağına ümid edir. İnsanlar sevinir ki, Zakir Qaralovun ölkədən çıxmasına imkan verilməyib.

Zakir Qaralovun xəstəliyi bilindi: Kəskin qaraciyər serrozu   imiş.

 Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.