QANUNİ SULTAN SÜLEYMANın tarixi həyatına səyahət

Tarix

Sultan Süleyman Qanuni Osmanlı dövlətinin 10-cu sultanı (1520-1566) və 89-cu İslam xəlifəsi, Sultan I Səlimin oğludur. Sultan Süleyman Qanuni bəzi mənbələrə görə 1494-cü il noyabrın 6-da, başqalarına görə isə 27 aprel 1495-ci ildə  Trabzonda anadan  olmuşdur. 1520-ci il sentyabrın 30-da atası Sultan I Səlim vəfat etdikdən sonra, 26 yaşında Osmanlı taxtına çıxmışdır.
I Süleymanın dövründə dövlət idarəetməsində çox əhəmiyyətli dəyişikliklər baş verdi. Bu dövrdə çox sayda qanun qəbul edilmiş və hüquqi baxımdan Osmanlıda böyük irəliləyişlər olmuşdur. Qəbul etdiyi qanunlar və ədalətə verdiyi önəm nəticəsində I Süleyman sonrakı dövrlərdə tarixçilər tərəfindən “Qanuni” ləqəbinə layiq görülmüşdür.
1521-ci ildə Belqradı fəth etməklə Mərkəzi Avropanın, 1522-ci ildə Rodosu fəth etməklə isə Aralıq dənizi hövzəsindəki ərazilərin qapılarını Osmanlı İmperiyası üçün açmışdır. 1526-cı ildə böyük qüvvə ilə Mohaç düzənliyində macar ordusunu məğlub edərək Macarıstanın paytaxtı Budanı tutdu. 1529-cı ildə Vyananı mühasirəyə alsa da, qış mövsümünün yaxınlaşması səbəbindən geri çəkildi. 1532-ci ildə alman səfərinə çıxan Qanuni, Vyananı arxada qoyaraq Qrats, Marburq, Quns və daha bir çox alman şəhərlərini zəbt etdi. Yeddi ay Avropada gəzdiyi halda, Avstriya qüvvələri onun qarşısına çıxmağa cəsarət etmədiyi üçün geri qayıtdı.
1534-ci ildə Səfəvilər üzərinə səfərə çıxan sultan, Bağdad və Bəsrəni, 1535-ci ildə Təbrizi zəbt etdi. 1537-ci ildə İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəlilədi.
Quruda dünya hakimiyyətini əlinə keçirən Sultan Süleyman Qanuni, Barbaros Xeyrəddin Paşa vasitəsi ilə dənizlərdə də Osmanlı dövlətinin gücünü göstərirdi. Bu böyük dəniz komandanı 27 sentyabr 1538-ci ildə Prevezedə Avropa donanmasını məhv edərək, müstəsna 2.bir zəfərlə Aralıq dənizində tam bir türk hakimiyyəti qurdu. Sultan Süleyman Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları Hindistan sahillərindən uzaqlaşdırmağa başladı. Qanunu Süleyman  tərəindən 1543-cü ildə Esterqon, Nis və İstolni-Belqrad, 1551-ci ildə Tripolitaniya və 1553-cü ildə Naxçıvan zəbt edilb

İtaliya səfərinə çıxaraq, Otrantoya qədər irəlilədi.

Quruda dünya hakimiyyətini əlinə keçirən Sultan I Süleymana digər rəsmi titullar verildi.
     Sultanlar sultanı, Xanlar xanı, Peyğəmbər ordusunun sərkərdəsi, müqəddəs Məkkə və Mədinə şəhərlərinin hamisi, Üç şəhərin, İstanbul, Ədirnə, Bursa şəhərlərinin, Dəməşqin və Qahirənin, bütün Azərbaycanın, Məğribin, Barkanın, Qeyruvanın, Hələbin, Qüds və bütün Ərəbistanın, İraqi-Əcəm və İraqi-Ərəbin, Bəsrənin, Dilınin, Rakkanın, Luristanın, Mosulun, Diyarbəkrin, Kürdüstanın, Ərzurumun, Sivasın, Adananın, Vanın, Bərbəristanın, Həbəşistanın, Tunisin, Tripolinin, Kiprin, Rodosun, Mora vilayətinin, Aralıq dənizi, Mərmərə dənizi və Qara dənizin, Rumelinin, Anadolunun, Bağdadın, Yunanıstanın, Tatarıstanın, Gürcüstanın, Kabardanın, qıpçaqların, Kəfənin, Bosniyanın, Serbiya vilayətinin, Almaniyanın, Əflakin, Boqdanın, Belqradın, Krım və macar torpaqlarının padşahı.

Süleymanın hərəmində intriqa qasırğaları

 Sultan hiyləgər Hürrəmin işvələrindən qurtula bilmirdi və sözün həqiqi mənasında öz cariyəsinin əsirinə çevrilmişdi.
Hürrəmin hərəmə gəlişindən sonra əsas işi demək olar ki, beş il müddətində davamlı olaraq dalbadal Sultan Süleymana övlad doğması olmuşdu. Hiyləgər Hürrəm öncə 4 ildə Sultana 5 uşaq  6-cı oğlu, şahzadə Cahangir  10 il sonra, 1531-ci doğulmuşdu. doğmaqla özünü Sultan üçün vazkeçilməz hala gətirmişdi. Hürrəm başqa qadınlardan fərqli olaraq Süleymanı Sultan olaraq yox, bir kişi olaraq görürdü və yaxşı başa düşürdü ki, hətta Sultan belə olsa, bir kişi 5 uşağının anasını bayıra atmaz. Hər dəfə hamilə qaldıqdan sonra Hürrəm doğurdan güclənirdi.
Hürrəmi Hürrəm edən əsas şey onun qadınlıq instinktinə tam tabe olması və heç nədən qorxmamasıydı. Elə bu üzdən saraya gəldikdən bir il sonra, Hürrəm Osmanlı sarayının 3 ən güclu şəxsinə savaş açmaqdan və onlara meydan oxumaqdan çəkinmədi. Hürrəm hərəmdə keçirdiyi bir ildən sonra hədəflərini yaxşı bilirdi. Birinci Süleymanın güvəndiyi və sevdiyi tək qadın olmalıydı. İkincisi taxtın varisi onun oğlu olmalıydı. Üçüncüsü üç qitədə hökm edən qoca  Osmanlı xanədanını o   yönəltməliydi.

Sultan Süleymanın övladları:
Sultan Süleymanın səkkiz oğlu bir qızı olub; Murad, Mahmud və Abdullah uşaq olanda ölüblər, hökmdarın sevimlisi olan Şahzadə Məhəmməd isə 1543-cü ildə vəfat edib, Mustafa 1553-cü ildə edam edilib, ən gənc olan Cahangir isə bu edama görə yaşadığı kədərdən qısa müddətdə dünyasını dəyişib. Yalnız iki şahzadə qalmışdı. Hər ikisi də Hürrəm Sultandan doğulan Səlim və Bəyazid.

 Sultan Süleymanın taxt üstündə vuruşan oğullarına qəzəbi:
Bəyazidin hərəkəti artıq taxt uğrunda mübarizənin həddini aşmış və dövlətə üsyana çevrilmişdi. Vəziyyətin getdikcə ciddiləşdiyini başa düşən Qanuni həmin il iyunun 5-də ordu ilə birlikdə Üsküdara gedir və Amasyadakı oğluna hücuma keçmək üçün hazırlıqlara başlayır. Şahzadə Bəyazid ən böyük səhvini də atasının üsküdara gəldiyini eşidəndə edir: Oğullarından dördünü özü ilə götürərək 12 min əsgərilə birlikdə sığınacaq almaq üçün İrana doğru yola çıxır. Qanuni oğlunun o illərdə Osmanlının düşməni olan İrana sığınmasının qarşısını almaq üçün onun arxasından Sokullu Mehmed Paşanın başçılığı ilə ordu göndərir, amma Bəyazidin əsgərləri bu ordunu İran sərhəddində qılıncdan keçirirlər və şahzadə, əsgərləri ilə birlikdə İrana çata bilir.
Bəyazid 1559-cu il oktyabrın 21-də İranın o vaxtkı paytaxtı Qəzvində Şah Təhmasib tərəfindən təntənəli mərasimlə qarşılanır. Osmanlıya qarşı əlinə əla fürsət düşdüyünə görə sevinən Təhmasib, şahzadə üçün xüsusi saray ayırır, oğullarının hər birini iranlı bəylərin himayəsinə verir, amma eyni zamanda Bəyazidlə birlikdə gələn 12 min əsgərdən 9 min nəfərinin Osmanlıya geri qayıtmasını təmin edir. Şahzadənin yanında hələ 3 min əsgəri var idi və onlardan bəzisi Qanuni ilə Şahzadə Mustafaya qarşı müvəffəqiyyət qazanılmasa da İranda əllərində hələ də şans olduğunu düşünüb Şah Təhmasibi devirərək İran hökmdarı olmaq həvəsinə düşürlər. Bu təşəbbüsün xəbərinin yayılması isə Bəyazidin ilk fəlakəti olur və Təhmasib şahzadənin əsgərlərini qılıncdan keçirəndən sonra onu həbs etdirir. Həmin günlərdə Bəyazid atasına şeir formasında məktublar yazır, səhv etdiyini deyib əfv edilməsini istəyir. Qanuni Süleyman da şeir formasında göndərdiyi cavab məktubunda “Tövbə etsən, bağışlaya bilərəm” deyir, amma bütün bu baş verənlərdən sonra onun bağışlanması mümkün deyildi. Qürbətdə olan şahzadənin taleyi 1561-ci il 25 sentyabrda faciəvi şəkildə bitir. Şah Təhmasib 1 milyon 200 min qızıl və Qar qalasının qarşılığında Bəyazidi Qanuni ilə Səlimin elçilərinə verir və bunu Bəyazidi utandıracaq şəkildə reallaşdırır. Belə ki, o, Bəyazidin saqqalını və bığını təraş etdirdikdən sonra yanına gətizdirir və Osmanlı elçilərini də çağırır. Onlardan “Bəyazid Xan budur?” – deyə soruşur, “Bəli” cavabını eşidtdikdən sonra şahzadəni təslim edir və Şahzadə Səlimin adamlarından biri Bəyazidi elə oradaca boğur və ondan sonra  4 oğlu edam edilir. Edamlar bununla bitmir. Belə ki, Şahzadənin İrana gedəndə çox kiçik olduğuna görə özü ilə aparmadığı, Amasyada qalan oğlu da anasının əlindən alınıb öldürülür. Qanuni isə Şah Təhmasibə verdiyi sözün üstündə durmur. O, Bəyazidin sağ-salamat təslim edilməsi qarşılığında Təhmasibə vəd etdiyi 1 milyon 200 min qızıldan yalnız 400 min qızılı verir. Qars qalasını vermək fikrini isə dəyişir və qalanı Təhmasibə vermir.

1520-ci ildən 1566-cı ilədək Osmanlı imperiyasına başçılıq edən və Avropada bir sıra fəthlərə imza atmış Sultan Süleyman Qanuni   1566-cı ildə Macarıstanın Szigetvar şəhərinin mühasirəsi zamanı  72 yaşında xəstə halda vəfat  etmişdi. Qanuninin nəşinin İstanbula çürümədən aparılması məqsədilə onun ürəyi və daxili orqanları çıxarılmış, müşk və ənbərlə yuyularaq basdırılmışdı. Onların basdırıldığı yer isə məlum deyildi.

Qanuni Sultan Süleymanın sandıq vəsiyyəti:
Qanuni Sultan Süleyman xan, vəfat etdiyi zaman yerinə yetirilməsini istədiyi bir
vəsiyyəti var idi. Bu vəsiyyət, şəxsinə aid xüsusi, kiçik bir sandığın məzarda yanında dəfn edilməsi idi.

Həyatı səfərlərdə keçən Sultan Süleyman, yenə bir səfərdə ikən vəfat etdi. Cənazəsi İstanbula gətirildikdən dərhal sonra dəfn işlərinə başlandı. Bu vəsiyyəti üzərinə sandıq meydana çıxarıldı və hazır saxlanıldı.

Böyük hökmdarın cənazə mərasimində şübhəsiz bütün dövlət ərkanı hazır idi. Şeyxülislam Ebussuud əfəndiyə, Sultan Süleymanın belə bir vəsiyyəti olduğu deyildi. Ebussuud Əfəndi Əsla, belə bir vəsiyyəti yerinə yetirə bilmərik, dini mübinə, yəni İslama uyğun olmaz dedi.

Nəhayət vəsiyyətin yerinə yetirilməməsi qərarlaşdırıldı. Kiçik sandıq məzara qoyulmadı, amma içində nə var idi, dünyanın ən böyük hökmdarının məzarına qoyulmasını istədiyi şey nə idi? Hər kəsi bunun marağı narahat etmişdir. Bu vəsiyyət yerinə yetirilmədiyinə görə sandıq açılmalıydı. Belə ki, elə də edildi. Sandığın içi, Sultan Süleyman Qanuninin edəcəyi işlərin, verəcəyi qərarların dinə uyğun olub olmadığı haqqında Şeyhülislamdan aldığı fətvalarla dolu idi. Bunun üzərinə Ebussuud Əfəndi, “Hey böyük Sultan, sən Allah yanında özünü təmizə çıxardın, məsuliyyəti bizə yüklədin, biz necə bunun altından qalxacağıq görəsən” deyə ağladı.

Süleymanın ürəyini tapdılar.

Macarıstanın Szigetvar şəhəri yaxınlığında Sultan Süleymanın daxili orqanlarının dəfn olunduğu ehtimal edilən bölgədə axtarış işləri iki ilə yaxın davam edib. Nəticədə tarixi Szigetvar qalasından 7 kilometr məsafədə sultanın daxili orqanlarının basdırıldığı yer təsbit edilib. Axtarışları həyata keçirən arxeoloqların sözlərinə qazıntı işləri şəhər ətrafındakı 18 ayrı yerdə aparılıb.

AMEA Əlyazmalar İnstitutunun arxivində Sultan Süleyman dövrünə aid mülknamə sənədi tapılıb.

 Sultan Süleymanın Səfəvilər dövlətinə, Azərbaycana 1534, 1535, 1548, 1554-cü illərdə dörd dəfə yürüş etməsinə, bu yürüşlərin ölkəyə xeyli ziyan vurmasına baxmayaraq, təzkirəsindən gördüyümüz kimi, Şah Təhmasib həmişə qardaş ölkənin hökmdarı – Osmanlı imperatoruna hörmətlə yanaşmış, onu “Xandigar həzrətləri” adlandırmışdır.

AMEA Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov açıqlamasında bildirib.O, sözügedən əlyazmanın arxivə necə düşməsi ilə bağlı məlumatın olmadığını bildirib:

“Üzərində Qanuninin möhürü olan, divan üslubunda Osmanlı türkcəsi ilə yazılan sənəd Anadolu və Rumelidə bəzi şəxslərə hökmdar tərəfindən torpaq verilməsi üçün hazırlanıb.

Mülknamə olaraq adlandırılan sənəd qara, qızılı və mavi mürəkkəblərdən istifadə edilərək 1566-cı ildə İstanbulda qələmə alınıb.

Eni 30, uzunluğu 180 sm olan sənədin sonunda dövrün vəzirləri Pertev Paşa və Fərhad Paşanın imzaları qeyd olunub”, – deyə o bildirib.

Turanxeber.az Güllər Amin.

 

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir