Sultan Qanuni Süleyman

Tarix

 

Onun adı nəinki Türk-Osmanlı, həm də dünya tarixinə haqq, ədalət tərəfdarı olan, düzlüyü hər şeydən üstün tutan bir ağıllı dövlət siyasətçisi və qüdrətli hökmdar kimi düşüb.
Həqiqətən də onun Osmanlını idarə etdiyi dövr dünya tarixində qızılı dövr kimi yadda qalıb. Haqqı, ədaləti hər şeydən üstün tutduğu üçün adına da elə Qanunu sözünü əlavə etmişdilər. Ona görə də dünya tarixində Qanuni Sultan Süleyman kimi də qalıb. Bir sözlə Osmanlı imperiyasının 10-cu sultanı olan Süleymana müsəlman dünyasında Süleyman Qanuni, Qərb dünyasında isə Möhtəşəm Süleyman deyirdilər. Osmanlı imperiyasının inkişafının ən əzəmətli dövründə hökmranlıq etmiş olan Süleyman Osmanlı sultanlarından ən böyüyü idi.

Atası Osmanlı sultanı olan Yavuz Səlim, anası isə Krım xanı Məngli Gərayın qızı Ayşə Hafsə Sultan olan Süleyman 1494-cü ildə Trabzon şəhərində dünyaya göz açıb. Uşaqlıq illərində yaxşı təhsil görən Süleyman ərəb və fars dillərini çox yaxşı bilirdi. Muhibbi, Məftuni və Acizi ləqəbləri ilə qəzəllər yazan sultanın 2779 qəzəli mövcuddur. 1520-ci ildə atasının vəfatından sonra sentyabrın 30-da taxta çıxdı. 26 yaşında taxta çıxan Süleyman qısa müddət ərzində öz idarəçilik qabiliyyəti ilə hamının diqqətini cəlb etdi. Bir çox dövlətləri fəth edən Süleymanın vaxtında Osmanlı imperiyası öz qüdrətinin ən yüksək səviyyəsinə qalxdı. 46 illik səltənət dövrü ilə Sultan Süleyman ən uzun müddət ərzində taxtda olmuş Osmanlı sultanıdır. Səltənətinin 2745 gününü (7,5 il) at belində səfərlərdə keçirdi. 13 böyük səfərində at üstündə təxminən 43 000 kilometrə yaxın məsafə qət etdi. Fatehlik yolu 1521-ci ildə Belqradın alınması ilə başlayıb. Rodos, Mohaç, Bağdad və Təbriz, Boğdan və Preveze, Macarıstan, Esterqon, Trablusqarp, Səfəvi torpaqlarının bir qismi və nəhayət Zigetvarın alınması ilə başa çatdı. Atası I Səlimin hakimiyyəti altında olan ərazini Avropa, Asiya və Afrikada fəth etdiyi ölkələrin hesabına 2,5 dəfə artırıb.

Quruda dünya hakimiyyətini əlinə keçirən Sultan Süleyman Qanuni, Barbaros Xeyrəddin Paşa vasitəsi ilə dənizlərdə də Osmanlı dövlətinin gücünü göstərib. Bu böyük dəniz komandanı 27 sentyabr 1538-ci ildə Prevezedə Avropa donanmasını məhv edərək, müstəsna bir zəfərlə Aralıq dənizində tam bir türk hakimiyyəti qurub. Sultan Süleyman Süveyşdə qurduğu donanma ilə də Qırmızı dənizi və Ərəbistan sahillərini təhlükəsizlik altına aldı və avropalıları Hindistan sahillərindən uzaqlaşdırmağa başladı. 1543-cü ildə Esterqon, Nis və İstolni-Belqrad, 1551-ci ildə Tripolitaniya və 1553-cü ildə Naxçıvan zəbt edildi. Qoca və xəstə bir halda ikən, 1566-cı ildə Macarıstan üzərinə hərbi yürüş zamanı, Sigetvar qalasının zəbti əsnasında 72 yaşında vəfat edib. Bəzi məlumatlar görə, onun daxili orqanları qalanın ətrafında basdırılmış, cəsədi isə İstanbula gətirilərək Süleymaniyyə məscidində dəfn edilib. Başqa bir məlumatlara görə isə, Avstriyanın İstanbul Anlaşmasını pozması, vergisini ödəməməsi və Ərdələ basqın etməsinə görə Qanuni sonuncu 13-cü səfərini Zigetvara etdi. Təxminən 1 aylıq mühasirədən sonra Zigetvar Osmanlıya daxil edildi. Hədəf Viyana olsa da Sokullu Məhməd Paşa ordunun yetərli olmadığını düşünərək İstanbula geri döndü. Zigetvarın fəthindən bir gün əvvəl, 6 Sentyabr 1566-cı ildə Süleyman vəfat etdi. Bəzi mənbələr Qanuninin qətlə yetirildiyini, bəziləri isə qocalıb öldüyünü qeyd edirlər. Qanuninin döyüş əsnasında öldüyü əsgərlərə deyilmədi. Bu əsgərlərin ovqatının pozulmaması üçün edilmişdi. Süleymandan sonra taxta II Səlim çıxdı.

Sultan şair, rəssam və memarlara himayədarlıq edirdi. Onun zamanında İstanbulun tarixi-mədəniyyət abidələrinin sayı durmadan artırdı. Özü də yaxşı zərgər idi. Onun zamanında hazırda böyüklüyünə görə İstanbulun ikinci məscidi sayılan Süleymaniyyə məscidi tikilmişdir. Atasının şərəfinə Sultan Səlim Məscidini tikdirib. Qanuni dövrünün ən böyük memarı Memar Sinan qəbul edilir. Süleyman su kanallarına əhəmiyyət vermiş və bir çox köhnə anbardan İstanbula su gətirtmişdir.

  1. Süleymanın səltənəti dönəmində məşhurlaşan şairlər arasında Füzuli, Baki, Pir Sultan Abdal və Bağdadlı Ruhi kimi görkəmli şəxsiyyətlər vardır. Matrakçı Nasuh isə dönəmin önəmli rəssam, tarixçi və miniatür ustası idi. Yenə bu illərdə yaşayan və Süleymaniyyə əsərini yazan Arifi, nəqqaş Nigari və xəttat Əhməd Qarahisari də dönəmin önəmli sənətkarlarındandır.

Sultan Süleyman dönəmində çox sayda mədrəsələr açılmışdır. O dönəmdə hər bir mədrəsənin özünəməxsus kitabxanasının olduğu da bilinir.

  1. Süleyman dönəmində qurulan və Osmanlı dövlətinin ikinci ən böyük təhsil ocağı olan Süleymaniyyə Mədrəsələri ö dövr üçün çox da yayılmayan elmləri

(xüsusilə də tibb, riyaziyyat və digər məntiqi elmlər) tədris etməklə qısa zamanda tanınmışdı.

Digər tərəfindən əhalinin artımı səbəbilə paytaxtda baş verən su çatışmazlığı problemini həll etmək üçün su təsisatları yeniləndi və Qırxçeşmə su sistemi quruldu. Bütün bu memarlıq fəaliyyəti saraya bağlı olan Hassa Memarlar Ocağı tərəfindən aparılırdı. Süleyman taxta çıxdığı dönəmdə hassa memarbaşı Əcəm Əli idi. 1539 tarixində vəfat edən Əcəm Əlinin yerinə hassa memarbaşı vəzifəsinə Memar Sinan gətirildi.

Bir sözlə Qanuni Sultan Süleyman həqiqətən də özündən sonra dünya tarixində şərəfli bir iz buraxan, bu gündə haqq və ədalət tərəfdarı kimi tanınan böyük və qüdrətli hökmdar kimi qalmada davam edir.

Xələflərin ənənəsinə sadiq qalaraq silahdarlara və kimsəsizlərə bəxşiş verdi. Süleyman əliaçıq olduğu qədər cəza verməkdən də geri qalmırdı. Lakin bu cəzalar ədalətə söykənirdi. Kapitan Dərya Cəfər Bəy və bir neçə silahdarına xalqa zülmünə görə edam hökmü verməsi “Qanuni” adlandırmasında əhəmiyyətli rol oynadı. Süleyman qanulara riayət olunması, xüsusilə də rüşvətxorluğa qarşı mübarizədə amansız idi. Mənbələr qeyd edir ki, heç bir keçmiş xidmətlər və ya qohumluq, dostluq əlaqələri qanunu pozmuş şəxsi cəzadan xilas edə bilməzd.

Turanxeber.az Hazırladı Güllər Amin.

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir