Sultan Süleymanın üreyin tapdılar.

Tarix

Macarıstanın Szigetvar şəhəri yaxınlığında Sultan Süleymanın daxili orqanlarının dəfn olunduğu ehtimal edilən bölgədə axtarış işləri iki ilə yaxın davam edib.

Nəticədə tarixi Szigetvar qalasından 7 kilometr məsafədə sultanın daxili orqanlarının basdırıldığı yer təsbit edilib. Axtarışları həyata keçirən arxeoloqların sözlərinə qazıntı işləri şəhər ətrafındakı 18 ayrı yerdə aparılıb.

1520-ci ildən 1566-cı ilədək Osmanlı imperiyasına başçılıq edən və Avropada bir sıra fəthlərə imza atmış Sultan Süleyman Qanuni 1566-cı ildə Macarıstanın Szigetvar şəhərinin mühasirəsi zamanı həlak olmuşdu. Qanuninin nəşinin İstanbula çürümədən aparılması məqsədilə onun ürəyi və daxili orqanları çıxarılmış, müşk və ənbərlə yuyularaq basdırılmışdı. Onların basdırıldığı yer isə məlum deyildi.

Turanxeber.az  Hazırladı Güllər Amin.

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.