Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə hələ erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayan Fərman Salmanov 1954-1959-cu illərdə Novosibirsk geologiya idarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olmuşdur. 1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut neft kəşfiyyatı ekspedisiyasının rəisi vəzifəsinə təyin edilən Fərman Salmanov 1962-1964-cü illərdə Ust-Balık ekspedisiyasının baş geoloqu, 1964-1970-ci illərdə Pravdinsk neft kəşfiyyatı ekspedisiyasının rəisi, 1970-1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. Fərman Salmanov 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin müavini olmuş, 1992-ci ildən “Rospan İnternəşnl” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə “İtera” şirkəti Direktorlar şurası sədrinin müşaviri, eləcə də “Yuqneftqaz” cəmiyyəti Direktorlar şurasının sədri işləmişdir.
Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuşdur. O, heç bir neft ehtiyatının olmadığı iddia edilən yerlərdən neftin məhz orda olduqunu subut etmişdir..
Qərbi Sibirdə 1961-ci ildə ilk neft yataqlarını üzə çıxarmışdır.
Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək istismara verilmişdir. Məhz həmin yataqların işlənilməsi sayəsində keçmiş Sovetlər İttifaqı dünyanın ən çox neft və qaz ixrac edən ölkələri sırasına çıxmışdı.
Fərman Salmanovun şəxsiyyətində tədqiqatçı alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil etmişdir. İstehsalatda uğurlarını elmi fəaliyyətlə səmərəli şəkildə əlaqələndirən alim 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almışdır. O, 1989-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmiş və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
Fərman Salmanovun ictimai xadim kimi fəaliyyəti zəngin və təqdirəlayiq idi.
Ayrı-ayrı illərdə Azərbaycanın və Rusiyanın ali məclislərinin deputatı olmuş Fərman Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi işinə kömək göstərmiş, Rusiyada Azərbaycan diasporunun formalaşdırılması və inkişaf etdirilməsində böyük əmək sərf etmişdir. Fərman Salmanov neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir çox fəxri adlarla, müxtəlif orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycanın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülmüşdür.
Fərman Salmanovun vəfatı
Görkəmli neftçi, mühəndis-geoloq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanov 2007-ci il martın 31-də 79 yaşında vəfat edib.Mərhum Rusiyanın Moskva şəhər Voqonkovo qəbirstanlığında dəfin olunmuşdur.
Fərman Salmanova Rusiya tərəfindən verilən dəyər.
2019-cu il may ayında Rusiyanın Tümen vilayətində yerləşən “Surqut” hava limanına Azərbaycan və Rusiya geoloqu, Sibir neft və qaz yataqlarını kəşf etmiş Fərman Salmanovun adı verilib.
Fərman Salmanovun oğlunun atasına görə sevinci.
İlya Fərman oğluSalmanov hazırda Nijnevartovisk şəhəri 3 nömrəli əstəananın baş həkimi və Rusiyanın əməkdar həkimidir.Mərhum geoloqun oğlu İlya Salmanov atası haqqında bunları vurqulayıb.”Hər bir övlad öz atasına görə sevindiyi kimi,məndə atamın adına çox sevincliyəm.Atam 11 il əvvəl dünyasını dəyişsə də, onu Rusiyada unutmayıblar. Bu çox xoşdur.”Mən Bakıda 3 dəfə vacib məsələlər görə olmuşam.Övladlarıma ,nəvələrimə Azərbaycan haqqında çox bəhs edirəm.
ALLAH RƏHMƏT ELƏSİN!
Turanxeber.az Hazırladı Güllər Amin.