kosmik uçuşlar zamanı kosmik texnikanın sınağını və istifadəsini həyata keçirən şəxs.
Bu gün çox az adam bilir ki, Yerin cazibəsindən çıxa bilmiş qəhrəman insanlardan 4 nəfərinin həyatı Azərbaycanla bağlı olub. İndiyə qədər əksəriyyət yalnız bir sovet kosmonavtının –Musa Manarovun Bakıda anadan olmasını bilirdi. Musa Manarova ilk azərbaycanlı və ilk müsəlman kosmonavt demək mümkündür.
Musa Xiraman oğlu Manarov
22 mart 1951-ci ildə Bakıda anadan olub. Dağıstan xalqlarından olan lak millətinə mənsubdur. Atası, II Cahan müharibəsi iştirakçısı polkovnik Xiraman Manarovdur. Musanın uşaqlığı hərbi şəhərlərdə keçib. 1974-cü ildə Moskva Aviasiya İnstitutunun uçan aparatların radioelektronikası fakültəsində ali təhsilini başa vurduqdan sonra M.Manarov “Enerji” Elmi İstehsalat Birliyində mühəndis kimi çalışır. Kosmik aparatların sınaqlarında iştirak etmişdir. 1978-ci ildə kosmonavtlar dəstəsinə daxil edilmiş, 1979-1982-ci illərdə isə məşhur ”Buran” kosmik proqramının hazırlanmasında iştirak etmişdir. İlk uçuşunu 1987-ci il dekabrın 21-də kosmonavt V.Titovun komandirliyi ilə “Mir” orbitlərarası stansiyasının “Soyuz TM-4” gəmisində bort mühəndisi kimi həyata keçirən həmyerlimiz Yerə düz 1 il – 365 sutka 23 saatdan sonra qayıdaraq kosmosda o dövr üçün ən uzun müddət qalan iki planet sakinindən biri olmuşdur. Bu qəhrəmanlığına görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. İkinci dəfə kosmosda M.Manarov 1990-cı ilin 21 dekabrından 1991-ci ilin 26 mayınadək olmuşdur. 175 sutka 2 saat ərzində o, “Mir” orbital kompleksinin “Soyuz-11” gəmisində bort mühəndisi kimi Yer ətrafında fırlanmışdır. İki uçuşu ərzində Musa 7 dəfə açıq kosmosa çıxmış və birlikdə 34 saat 23 dəqiqə gəmidən kənar fəzada uçmuşdur.
Musa Manarov 1990-1995-ci illərdə və 2007-2011-ci illərdə
Rusiya Federasiyası Dumasının deputatı olmuşdur. Hakim “Vahid Rusiya” partiyasının üzvüdür.
İlk müsəlman kosmonavt 2009-cu ildə İTAR-TASS-ın müxbiri Səadət Qədirovaya verdiyi müsahibəsində bildirib ki, həyat yoldaşı da Bakıda onunla eyni doğum evində anadan olmuş, Azərbaycan Tibb İnstitutunu bitirmişdir. Bu səbəbdən azərbaycanlı kosmonavtın qızı da Bakıda anadan olmuşdur. Ona görə də Musa Bakını çox sevir.
2013-cü ildə məşhur Meksika kinorejssoru Alfonso Kuaronun açıq kosmosda olmuş kosmonavtlar haqqında çəkdiyi və bütün dünyada maraqla izlənmiş “Qravitasiya” (“Cazibə”) filmində Musa Manarov həm də ekspert rolunda çıxış etmişdir. Hal-hazırda kosmosda ən çox vaxt keçirmiş 8-ci insandır.
Turanxeber.az Hazırladı Güllər Amin.