ASAN Xidmət olaraq Türkiyənin rəsmi dəvətilə “Teknofest-2022” festivalında iştirak edirik. Eyni zamanda düşündük ki, səyyar xidmətimizlə burada yaşayan azərbaycanlılara dövlət xidmətləri göstərək.
Bunu açıqlamasında Türkiyənin Samsun şəhərində keçirilən “Teknofest-2022” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Ülvi Mehdiyev həmçinin qeyd edib ki, Türkiyədə keçirilən “Teknofest-2022” çərçivəsində Türkiyənin E-dövlət portalı ilə Azərbaycanın e-Gov portalının inteqrasiyası ilə bağlı rəsmi təqdimat olacaq.
Onun sözlərinə görə, bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə gəldikdə ona Azərbaycan dövlətinin verməli olduğu sənəd tələb olunarsa, dərhal Azərbaycanın elektron dövlət portalından əldə edə biləcək.
Turanxeber.az