Azərbaycanlı qız Londonda gözəllik müsabiqəsinə makiyajsız qatıldı, münsiflər heyran qaldı – FOTO

Şou-biznes

Azərbaycanlı Melisa Rauf “Miss England” gözəllik müsabiqəsinin finalına çıxıb.

O, müsabiqənin mövcud olduğu 94 illik tarixi ərzində yarışa makiyajsız qatılan və finala yüksələn ilk iştirakçı olub.

20 yaşlı Melisa açıqlamasında daxili gözəlliyini ön plana çıxarmaq və sosial mediada yaradılan gözəllik anlayışına meydan oxumaq istədiyini bildirib.

O, oktyabrda keçiriləcək “Miss England” müsabiqəsinin finalında 40 namizədlə yarışacaq. Jüri azərbaycanlı xanımın bu cəsarətli addımından təsirlənərək ona yüksək bal veriblər.

Finala makiyajsız qatılmağı planlaşdırdığını bildirən Melisa Rauf yarımfinalın həyəcanlı, eyni zamanda möhtəşəm təcrübə olduğunu deyib. Turanxeber.az

 

 

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir