Lənkəranda məktəbdə direktor səlahiyyəti gözətçiyə həvalə olundu – FOTO

Təhsil

Məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.

Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.

Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlanıb.

İdarədən bildirilib ki, bütün pedaqoji və texniki işçilər məzuniyyətdə olduğu, məktəbin də təsərrüfat müdiri olmadığından müvəqqəti olaraq səlahiyyət gözətçiyə həvalə olunub:

“Hazırda direktorun məzuniyyət vaxtı bitib və işindədir. Vətəndaş yenidən müraciət edə bilər” Turanxeber.az

Lənkəranda məktəbdə direktor səlahiyyəti gözətçiyə həvalə olundu - FOTO
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir