Sankt-Peterburqda Azərbaycan mədəniyyəti nümayiş etdirildi.
Azərbaycan mədəniyyətinin zənginliyi bütün dünyaya bəllidir. Mədəniyyətimizi təbliğ etmək isə xaricdə yaşayan azərbaycanlıların üzərinə düşür. Vətəni sevmək, həm də onu təbliğ etmək, Axərbaycan həqiqətlərini dünyaya çatdırmaq deməkdir.
Bu yazımızda Sankt- Peterburqda keçirilən tədbirdən söhbət açacağıq.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun təşəbbüsü ilə
“Rusiya- Mədəniyyətlərin Uzlaşması” və
“Enkolovo dostlar toplayır” adlı festivaltəşkil olunmuşdur.Tədbir 27 avqust 2022- ci ildə keçirilmişdir.
Tədbirdə iştirak egən ölkələr özlərinin mədəniyyətini nümayiş etdirirdi.
Sankt- Peterburqda fəaliyyət göstərən Azərbaycan Milli- Mədəni Muxtariyyətin sədri Naib Paşayev illərdir Azərbaycanı xaricdə ləyqətlə təmsil edir. Sədr müavini Könül Abbasova da, bu təbliğatlarda var gücü ilə çalışmaqdadır. Bu tədbirdə də, nümayiş etdirmək üçün, mədəniyyətimizi əks etdirən əşyalar, geyimlər, rəsmlər,musiqi və rəqs nümunələrinin nümayişi təşkil olunmuşdu.
Könül Abbasova tədbirin möhtəşəm alınması üçün vətənpərvər azərbaycanlıların dəstəyindən istifadə egərək, çoxlarını cəlb edə bilmişdir. Musiqimizi sazda Vasif Alıyev, rəqsimizi ” Xarı Bül-Bül” ansanblı,(rəhbəri Fatma Nəzirli), rəsmləri və tariximiz haqqında Həsən Məsimov, qədim əşyalarımız haqqında Gənclər Təşkilatının sədri Eldar Əlizadə böyük sevgi ilə təbliğ etmişlər.
Qubernator A. Drozdenko Azərbaycan sərgisini seyr edərək, bəyənmişdir.Sonda iştirakçılara “Diplom”- lar təqdimolunmuşdur..Tədbirdən bəhs edən fotolarıda təqdim edirik.
Turanxeber.az Güllər Amin Bakı.




