QANUNSUZ MİQRANTLAR ARASINDA İNSAN ALVERİ QURBANLARININ MÜƏYYƏN EDİLMƏSİNƏ DAİR MONİTORİNQİN NƏTİCƏLƏRİ

ölkə
MƏTBUAT ÜÇÜN AÇIQLAMA.

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyinin təşəbbüsü ilə İnsan alverinə qarşı mübarizə üzrə MFP-nin 4.2.9; 4.6.1. bəndlərinə uyğun olaraq, “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 03 sentybar 2009 cu il Qərarına istinadən, Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan qanunsuz miqrantların saxlanma mərkəzində monitorinqin və sorğuların keçirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və qurumun tabeliyində olan Mərkəzdə monitorinq və sorğuların keçirilməsi üçün səfər etmişdir.

Səfərin məqsədi mərkəzdə saxlanılan qanunsuz miqrantların saxlanma şəraiti ilə tanışlıq, eləcə də onların insan alveri qurbanı olma ehtimallarının araşdırılması məqsədi ilə sorğuların keçirilməsi idi.
Monitorinq qrupuna, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, Dövlət Miqrasiya Xidməti, Miqrasita siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev və Bakı Qanunsuz Miqrantların saxlanması mərkəzinin rəisi Azər Yusifov daxil idi.
Dövlət Miqrasiya Xidməti tərəfində Monitorinq qrupunun rahat və maneəsiz monitorinqi üçün tam şərit yaradıldı. Mərkəzdə miqrantların saxlanma şəraiti və digər xidmətlərlə bağlı geniş məlumat alındı. O cümlədən, mərkəzdə saxlanılan qanunsuz miqrantlar arasında insan alverinin ehtimal edilən qurbanlarının müəyyən edilməsinə dair miqrantlarla təkbətək sorğular aparıldı. Dövlət Miqrasiya xidmətinin dəstəyi ilə, monitorinq qrupu təkbətək görüşün keçirilməsi üçün tərcüməçi ilə təmin edildi.
Aparıllan monitorinqin nəticələri İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora, DİN-in İnsan alverinə qarşı mübarizə Baş İdarəsinə və Dövlət Miqrasiya Xidmətinə təqdim ediləcəkdir.
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.