Duqin və Duqina mövzusunda özünü biabır edən qaraguruhun məntiqsizliyi…

Siyasət
Azərbaycan cəmiyyətində , xüsusilə də onun siyasi sistemində çox qaragüruh bir dəstə var.
Onları anlamaq çox çətindir. Hansısa bir jurnalist və ya siyasətçi çox məntiqli olaraq bizim qonşularımız olan İran və ya Rusiya ilə bağlı məntiqə söykənən, dövrün reallıqlarına uyğun konstruktiv bir mövqe ortaya qoyursa, ağına-bozuna baxmadan həmin dəqiqə ifadə olunan mövqenin sahibini : 5-ci kolonun adamı, agent, rusiyapərəst və ya iranpərəst adlandırırlar.
Ən maraqlısı isə budur ki, bu xora qoşulanların sırasında: tanınmış yazıçılara, jurnalistlərə və siyasətçilərə də rast gəlirsən. Tanınmış rus ideoloqu Aleksandr Duqinin qızı Darya Duqinanın partladılaraq öldürülməsinə sevinənlərə mədəni və heç bir təhqirə yol vermədən yazdığım cavaba yönəlmiş reaksiyalarda yuxarıda qeyd etdiyim yersiz ittihamların hər biri ilə üzləşdim.
Mənə ən maraqlı gələn bu oldu ki, konstruktiv mövqeyə qarşı belə “üsyan” edənlərin böyük əksəriyyəti özünü İlham Əliyev hakimiyyətinin alovlu tərəfdarı və təbliğatçısı , eyni zamanda Türkiyənin ən yaxın adamları kimi qələmə verirlər. Onda isə bunlar həm də çox məntiqsiz görünürlər. Çünki heç nəyi araşdırmadab verdikləri bu cür qaraguruh reaksiyaları ilə əsl həqiqəti üzə çıxarmaq yolunu deyil, özlərini kimlərinsə gözünə soxmaq məqsədini güdürlər.
Belə olmasaydı, onlar bilərdilər ki, Duqin və onun həlak olan jurnalist qızı Darya Azərbaycan üçün ən prinsipial olan Qarabağ məsələsində məhz bizim mövqeyimizi dəstəkləyiblər. Bunu sübut edən yüzlərlə material təqdim edə bilərəm. Onda isə niyə bu iyrənc terroru lənətləyənləri hədəfə alırlar?
Məsələyə Ukrayna kontekstindən yanaşırsınızsa, bu da doğru deyil. Çünki həm Ukrayna, həm də Rusiya bizim üçün üçüncü ölkə sayılır. Bu məsələdə bizim vətəndaşların mövqeyində olan fərqlilik milli xəyanət kimi yozula bilməz. Necə ki, biz çox ağıllı ziyalılarımızın sırasında həm Rusiyanı, həm də Ukraynanın mövqeyini dəstəkləyənləri görürük. Duqin və qızının Ukrayna ilə bağlı tutduğu mövqe isə səhv və düz olmasına rəğmən öz ölkələrinin maraqlarını qorumaq kontekstində olub. Təbiidir ki, Rusiya vətəndaşları olan Diqin və onun qızı gedib Zelenskiyə dəstək verən deyildi.
Qaragurun bəzi nümayəndələri İlham Əliyev siyasətini dəstəkləyirsə, bilməlidirlər ki, məhz bizim möhtərəm Prezident zamanı və siyasi situasiyanı düzgün analiz edərək, Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında sənədə imza atıb. Mən araşdırdım , hazırda bizi təhqir edən həmin “ziyalılar”ın heç birinin Prezidentin bu addımına etirazı olmayıb. Əksinə, onların arasında bu siyasi gedişi təqdir edənləri də az olmayıb. İndi siz düz yoldasınız , yoxsa biz? İndi İlham Əliyevin siyasətini siz səmimi dəstəkləyirsiniz, yoxsa, linc etməyə çalışdığınız bizim kimilər? Belə çıxır ki, sizlər çox sürüşkən adamlarsınız! İlham Əliyevi bu məsələdə də səmimiyyətdən deyil, qorxudan və ya yaltaqlıqdan dəstəkləyirsiniz. Belə adamlar isə çox təhlükəli olur.
Rusiyadan söz düşən kimi bu adamlar tarixə müraciət edir, Rusiyanın bizim başımıza gətirdiklərini önə çəkirlər. Bəli, tarixi unutmamalıyıq, onu yaxşı bilməliyik. Ancaq müasir siyasət həm də manevrlər tələb edir. Sözdə ərdoğançı olanlar bilməlidir ki, Rusiya və Türkiyə arasında 12 müharibə olub. Bu iki ölkə 350 il bir-biri ilə müharibə vəziyyətində yaşayıblar. Güya bunu Ərdoğan bilmir? Bilirsə, onda niyə Putinlə dostluq edir? Mən hesab edirəm ki, bir siyasətçi kimi çox da doğru addım atır. Yoldaşlar, demək ki, siz heç Türkiyə və Ərdoğan sevgisində də səmimi deyilsiniz. Necə olur ki, Ərdoğan Putinlə qucaqlaşıb öpüşəndə onu alqışlayırsınız, amma Məhəmmədəli Qəribli Duqinin qızının ölümünə acıyanda onu ruspərəst adlandırıb, təhqir edirsiniz?
Duqindən söz düşmüşkən. Bilin ki, Aleksandr Duqin uzun illərdir Avrasiyanın iki böyük dövləti olan Türkiyə və Rusiya arasında birlik ideyasını fəal şəkildə təbliğ edir. Duqin və onun Avrasiyaçılıq ideyaları Türkiyə cəmiyyətində, o cümlədən təhlükəsizlik qüvvələri arasında çox populyardır.
Ərdoğana qarşı hərbi çevriliş cəhdi zamanı Duqin İstanbulda olub və Ərdoğanı dəstəkləyib. Bundan sonra o, Türkiyədə çox məşhurlaşıb.
Ərdoğan Duqini şəxsən tanıyır.
“Vətən” partiyasının lideri Doğu Perinçek artıq Duqinə qarşı törədilən terror aktının Rusiya-Türkiyə münasibətlərinə qarşı yönəldiyi barədə bəyanat verib.
Bu qədər bəsid. Reaksiyalarınıza baxıb, bu dəfə sizə fəaliyyətinizə uyğun olaraq adbaad cavab verəcəm!
P.S. Mənə yazılan şərlərdə diqqətimi biri cəlb etdi. Tanımadığım bir izləyici yazıya görə mənə təşəkkür etdikdən sonra bunu qeyd edib: “Şərhlərə baxıb təəccüblənirəm. Yaxşı ki bizim ölkəni belə radikallar deyil, soyuqqanlı və savadlı adamlar idarə edir”.
Məhəmmədəli Qəribli?
Turanxebeer.az
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.