Müharibə veteranı, ehtiyatda olan polkovnik Səxavəddin Sadıqov şəhid ailələri və Qarabağ qaziləri ziyarət etdilər

Cəmiyyət

44 günlük Şanlı Vətən müharibəsi təkcə Vətənin bütövləşməsi ilə yekunlaşmadı, bu müqəddəs müharibədə canından keçən şəhidlərimizin ailələri bizə əmanət qaldı, sağlamlığını itirən qazi qardaşlarımız, müharibə veteranlarını tanıdıq və sevdik.
Şübhəsiz ki, bu həssas qrupun qayğıları dövlətin prioritet istiqamətlərindən biridir. Bununla yanaşı cəmiyyət də şəhid ailələri və qazilərin problemlərinə biganə qalmır, onlara şükranlıq borcunu qaytarmaq üzərində əməli işlər görür. İstefada olan polkovnik, Birinci Qarabağ müharibəsi iştirakçısı, xeyirxah, vətənpərvər iş adamı Səxavəddin Sadıqov daim qazilərin, şəhid ailələrinin

problemləri ilə maraqlanır, nümunə olacaq addımlarla heyrət doğurur.
Avqustun 14-də müqəddəs
Məhərrəm ayında S.Sadıqov 250 nəfərə yaxın qazi və şəhid ailələri ilə bir araya gələrək bu ayın xalqımızın mentalitetində milli mənəvi yükündən, vətən uğrunda haqq savaşında şəhidlik və qazilik zirvəsindən danışmış, şəhidlərin müqəddəs ruhu yad olunmuşdur. Bu zirvənin dini və milli dəyərlərindən söz açaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan şəhid ailələri və qazilərə dövlət qayğısının bu gün müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi diqqətə çatdırıb. İş adamı haqlı olaraq qeyd etmişdir ki, cəmiyyətin seçilən üzvləri olan şəhid ailələri, qazilərə diqqət hər bir vətəndaşın müqəddəs işi olmalıdır. Tədbirin sonunda ehsan süfrəsi açılmış, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.