Şəhid anasının təhsil nazirliyindən tələbi

Təhsil
Bir ŞƏHİD ANAsının fəryadı.
Diplomunu verin də Cəmilin ay Təhsil Nazirliyi..O Anaya bir təsəllidir axı…Siz niyə belə laqeydsiniz İnsan taleyinə…Niyə axı…?
Mənim OĞLUM bir universitetdə təhsil almaq üçün bu dövlətə 6000 (altı min) manat pul ödədi,2 ay 11 günün ƏSGƏRİ ilk gündən müharibənin ən ön cəbhəsinə aparıldı,ən gərgin döyüşlərin birində ŞİRİN CANINI bu dövlətin üz ağlığı,qeyrəti,namusu üçün QURBAN VERDİ,22 aydı diplomu üçün döymədiyim qapı qalmayıb,hamısı söz verir.
Çox xahiş edirəm bir nəfər mənə məsləhət versin ki,dərdimi kimə deyim.
OĞLUM 11 il təhsil aldığı Səbail rayonu 163 nömrəli məktəbin 28 illik işğal dövründə YEGANƏ ŞƏHİDİDİR,məktəb OĞLUMUN adını daşısın deyib,xahiş edirəm,yalvarıram,məktub yazıram,qapılar döyürəm,deyirlər ordeni olmalıdır.Mən deyirəm OĞLUM CANIN VERİB bu torpağın,bu məmləkətin,bu dövlətin azadlığı,qeyrəti,namusu uğrunda,bunlar yenə alnıma bir kağız parçası çırpırlar,açıb oxuyuram ki,ordenin yoxdursa adın əbədiləşdirilə bilməz.
Demək ki,verilən CAN,OĞULSUZ qalan bir ata-ana,SOYU kəsilmiş bir ailə elə belə də ölüb ,silinməlidir yer üzündən,öləndən sonra YEGANƏ OĞUL ÖVLADININ adı da valideynlərlə birlikdə torpağa qarışmalıdır….
TƏƏSSÜF,OĞLUM…
TƏƏSSÜF,ƏZİZ BALAM..
TƏƏSSÜF,orden 21 YAŞLI BİR GƏNCİN CANINDAN QİYMƏTLİDİR….
CAN BALAM,axı SƏN min bir əzab əziyyətlə böyümüşdün,doyunca yuxu yatmamışdın,səhər oxuyub,gecə işləmişdin…
Ey zalım dünya,OĞLUM yanımızda idi nə köhnə paltarımız,nə kasıb süfrəmiz bizi darıxdırmırdı…
CANINI VERDİYİN Vətənin SƏNİN dəyərini vermir,daha nə deyim,nə söylənim…

 Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.