Bütün dünyanın müzakirə obyekti qadındır.
Əslində, ağıllı, tədbirli din xadimləri dini cəhətdən cəmiyyətdə qadının rolundan, daha çox səlahiyyətə malik olmasından da danışa bilərdilər, amma sərf eləmir onlara. Onlara kölə qadınlar lazımdı qamçılamağa.
Bu təfəkkürdə düşünənlərin hesabına ölkədə kişilərin əlindən balta, dəhrə düşmür, nağılbazların cəfəng söhbətlərini dinləyən gədələr cumurlar arvadların, qızların üstünə.
Din adamları normal təbliğatla məşğul olsalar, zombilərin sayı azalar.
Nə isə…
Eybi yox, bunlar bizi cin kimi görürlərsə, biz də bunları xortdan kimi görürük.
Fizikanın dəyişməz qanunu var: F=-F.
Təsir əks təsirə bərabərdir.
Uydurma nağılları ilə sütül beyinləri yeyən “din xadimləri”nə ar olsun.
Dini kitabları bəlkə də o sərsəm, sarsaq mollalardan çox oxumuşam. Nəticə etibarı ilə anlayıram ki, ortalıqda veyil-veyil atılıb -düşən, qadınların az qala alt paltarlarına qədər (üzr istəyirəm) müzakirə edən kişilərin öz maraqları var. Onların hansı dinə -məzhəbə qulluq etdikləri də bəlli deyil.
Məqsədləri ara qarışdırmaqdır.
Nə yaxşı ki, bütün kişilər bu təfəkkürdə deyillər. Turanxeber.az