İqtisadiyyat naziri Mikayıl Cabbarov bu məsələdə düz danışır.

İqtisadiyyat

Həqiqətən də, yüksək bahalaşmadan sonra böhranların baş verəcəyi qaçılmaz gerçəklikdir. Siz hökumətin rəsmən və qəsdən ictimai fikrə ötürdüyü 13-14 faizlik bahalaşma nağıllarını boşa verin, hazırda ölkə üzrə istehlak bazarları orta hesabla 35-40 faiz intervalında bahalaşıb və bu bahalaşma əhalinin alıcılıq qabiliyyətinə təsəvvür etməyəcəyiniz dərəcədə sarsıdıcı zərbələr vurur və vurmaqdadır ki, bunun da nəticə etibarı ilə ticarət sferasında durğunluğa gətirib çıxaracağına heç bir şübhə yoxdur. Malını, iş və ya xidmətlərini sata bilməyən sahibkarların, müəssisə və ya təşkilatların isə belə bir əlverişsiz şəraitdə öz fəaliyyətlərini zəiflədəcəyi, yaxud da durduracağı, daha əlverişli ölkələrə üz tutacağı azdan-çoxdan iqtisadi təhsili olan hər kəsə gün kimi aydındır. Amma iqtisadiyyat naziri Mikayıl Cabbarov, onun təmsil olunduğu komanda və başçısı İlham Əliyev böhranın baş verə biləcəyini ölkədə yüksək bahalaşmanı təşviq edən qərarlar çıxararkən: əsassız yerə dizelin, benzinin, təbii qazın, elektrik enerjisinin, suyun, aviabiletlərin qiymətlərini kəskin dərəcədə artırarkən, dövlət rüsumlarını fantastik həddə qaldırarkən, Dövlət Gömrük Komitəsinin süni bahalaşmanı təşviq edən fəaliyyətinə yaşıl işıq yandırarkən, dövlət büdcəsi hesabına korrupsiya təyinatlı layihələrin həyata keçirilməsinə şərait yaradarkən düşünməliydi. Amma bir az irəlini, heç olmasa, 6 ay qabağı düşünə, görə bilmədilər, bədəlini isə sadə xalqa ödədəcəklər.   Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir