“Heydər Əliyev : Mən öz ana dilimi çox sevir​ və bu dildə danışmağımla fəxr edirəm”.-Fotolar

Cəmiyyət
Lerik Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Əlifbası və Azərbaycan dili gününə həsr olunmuş konfrans 01 avqust​ 2022-ci il tarixində Lerik Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev : Mən öz ana dilimi çox sevir​ və bu dildə danışmağımla fəxr edirəm” mövzusunda konfrans keçirildi.
Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova , Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev, YAP Lerik Rayon Təşkilatının, rayon Təhsil Şöbəsinin, Lerik Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri, Gənclər və İdman İdarəsinin, Mərkəzi Kitabxana Sisteminin, Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında söylədiyi dəyərli fikirlərdən ibarət videoçarxa baxdılar. Konfransı giriş sözü ilə Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov açdı. Daha sonra Mərkəzin elmi işçisi Bahar Mürsəliyeva “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda məruzə ilə çıxış etdi. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon Təhsil Şöbəsinin əməkdaşı, filoloq Mehman Rəcəbov,​ ziyalı Tərxan Feyziyev və başqaları mövzu ətrafında çıxışlar etdilər. Məruzədə​ və çıxışlarda qeyd olundu ki, ana dilimizin qorunub saxlanılmasında, inkişafında , ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Konfransın sonunda Lerik şəhər Malik Bağışov​ adına​ 3 saylı​ tam orta məktəbin şagirdi Sübhan Seyfullazadə Bəxtiyar Vahabzadənin “Ana dili ” şeirini ifa etdi.

Turanxeber.az Güllər Miralimbəyli Bakı.
Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir