AMEA-nın PENSİYA YAŞINI KEÇMİŞ institut direktorları – SİYAHI

ölkə

Bir zamanlar elmin beşiyi, kəşflərin, tədqiqatların mərkəzi olan AMEA mürgü vurur. Bu da elm mərkəzinin fiziki və mənəvi cəhətdən qocaldığını göstərir. Təsadüfi deyil ki, AMEA-ya çox zaman “pensionerlər oylağı” deyirlər. Bunu nəyə görə deyildiyini öyrənmək üçün bir balaca araşdırma apardıq. 

Bəlli oldu ki, AMEA-nın Mərkəzi Aparatından başqa onun 50-dən artıq elmi-tədqiqat institutları və elmi mərkəzləri var. Amma bu qurumlara rəhbərlik edənlərin 90 faizi pensiya yaşını çoxdan keçib. Fikrimizin sübutu üçün bəzi elmi qurumların rəhbərləri barədə qısaca anatasiya hazırladıq.

1. Fizika İnstitutunun baş direktoru Arif Həşimov (o həm də AMEA-nın prezidentinin vəzifəsini icra edir) – 73 yaş

2. Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov – 76 yaş

3. Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayev – 71 yaş

4. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov – 67 yaş

5. Akademik Y.Məmmədəliyev adına Neft-Kimya İnstitutunun baş direktoru Vaqif Abbasov – 70 yaş

6. Akademik Əli Quliyev adına Aşkarlar Kimyası İnstitutunun baş direktoru Vaqif Fərzəliyev – 83 yaş

7. Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-Kimya İnstitutunun baş direktoru Dilqəm Tağıyev – 72 yaş

8. Polimer Materialları İnstitutunun baş direktoru Bəxtiyar Məmmədov – 71 yaş

9. Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə – 88 yaş

10. Neft və Qaz İnstitutunun baş direktoru –Fəxrəddin Qədirov – 72 yaş

11. Genetik Ehtiyatlat İnstitutunun baş direktoru – Zeynal Əkbərov – 70 yaş

12. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru Gövhər Baxşəliyeva – 68 yaş

13. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun baş direktoru Kərim Şükürov – 66 yaş

14. Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı – 82 yaş

15. Respublika Seysmologiya Mərkəzinin baş direktoru Qurban Yetirmişli – 70 yaş

16. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli – 69 yaş

17. Folklor İnstitutunun baş direktoru Muxtar İmanov – 67 yaş

18. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov – 68 yaş

19. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru İsa Həbibəyli – 73 yaş

20. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidov – 65 yaş 

21. Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru İlham Məmmədzadə – 69 yaş

22. İqtisadiyyat İnstututunun baş direktoru Nazim İmanov – 67 yaş

23. Elm Tarixi İnstitutunun baş direktoru Məryəm Seyidbəyli – 67 yaş

Bu siyahını daha da uzatmaq olardı. Amma nə hacət. “Görünən dağa bələdçi lazım deyil”. AMEA doğrudan da “pensiyaçılar oylağı”dır. Sonda onu da qeyd edək ki, yuxarıda adı çəkilən şəxslərin əksəriyyəti bu vəzifələri ilə paralel digər postlara da sahib çıxıblar. Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.