Macarıstan baş nazir Viktor Orbanın müşaviri Zsuzsa Hegedus baş nazirin ötən həftə “Biz qarışıq irqlər istəmirik” çıxışının “tam nasist mətni” olduğunu bəyan edərək istefa verib.
20 ildir Orbanla birlikdə olan Hegedus baş nazirə ünvanladığı istefa məktubunda onun istifadə etdiyi ifadələrin Cozef Göbbelsin “ağzına layiq” dəqiq nasist mətni olduğunu bildirib.
Orban ötən həftə çıxışında deyib ki, Avropa xalqları bir-biri ilə qarışmaqda sərbəstdirlər, lakin avropalı olmayanlarla qarışmamalıdırlar.
Orbanın sözçüsü mətbuatın çıxışı təhrif etdiyini bəyan edib. Turanxeber.az