“Media reyestri fəaliyyətə başladıqdan sonra jurnalistlərin güzəştli ipotekadan istifadə etmək hüquqları mümkün olacaq”.
Bunu Medianın İnkişafı Agentliyinin icraı direktoru Əhməd İsmayılov ASAN Radionun “QəbuldaASAN” verilişində deyib. O bildirib ki, hal-hazırda media reyestri ilə bağlı proqram təminatı üzərində iş yekunlaşmaq üzrədir:
“Düşünürük ki, sentyabr ayının sonuna qədər bu işlər yekunlaşacaq və reyestr fəaliyyətə başlayacaq. Növbəti etapda jurnalistlərimizin güzəştli ipotekadan yararlanması üçün hüquqi baza və infrastruktur mövcud olacaq”. Turanxeber.az