Zirvə görüşündə İranın əsas planı: Türkiyə ilə bağlı vacib detal

Dünya

Video əlavə edilib:

Turanxeber.az

İranda prezident Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin qatılacağı üçtərəfli zirvə görüşündən əvvəl diqqətçəkən açıqlamalar gəlib.

Bütün dünyanın gözü İran paytaxtı Tehrandadır.

İran paytaxtında prezidentlər Ərdoğan, Putin və Rəisi arasında üçtərəfli sammit baş tutur.

Ərdoğan bu gün İran prezidenti İbrahim Rəisi, ölkənin Ali Rəhbəri Əli Xamenei ilə görüşüb.

Prezident Ərdoğan İranda Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək və Üçtərəfli Zirvə Toplantısında iştirak edəcək. Ərdoğan Putin və Rəisinin birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

Türkiyənin Suriyada hərbi əməliyyata hazırlaşdığı bir vaxtda keçiriləcək bu tədbir fevralın 24-dən bu yana nadir hallarda ölkədən kənara çıxan Rusiya lideri Vladimir Putinin də iştirak edəcəyi üçün kritik əhəmiyyət kəsb edir.

Amma üçtərəfli sammitə saatlar qalmış İrandan diqqətçəkən bir açıqlama gəlib. İran mətbuatı görüş zamanı Tehran administrasiyasının planını və məqsədini açıqlayıb. Mətbuatda yer alan xəbərlərdə İranın Suriya ilə bağlı vasitəçilik səyləri üçün Türkiyə və Rusiyadan dəstək istəyəcəyi bildirilib.

İranın “Fars” xəbər agentliyi görüş zamanı Suriyadakı gərginliyin müzakirə olunacağını bildirib. İddialara görə, Suriya xarici işlər nazirinin də bir neçə gündən sonra İrana gəlmə ehtimalının olduğu üzə çıxıb. İran mediasında yer alan xəbərlərdə Türkiyənin Suriyanın şimalında keçirilməsi planlaşdırılan əməliyyatdan narahat olduğuna da eyham edilib.

İran Xarici İşlər Nazirliyi də bəyan edib ki, Türkiyə Suriya sərhədində hərbi əməliyyat keçirmə ehtimalından danışır və biz bu böhranı və Türkiyənin təhlükəsizlik problemlərini diplomatiya yolu ilə həll etməyə çalışırıq.

Mətbuatda İran Xarici İşlər Nazirliyinin açıqlamalarının yer aldığı xəbərlərdə qeyd olunub ki, Təbii ki, bu həssas bir məsələdir və biz müharibəyə əl atmaq və yeni bir dalğa yaratmamaq üçün bunu diplomatiya yolu ilə həll edə bilərik.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.