Günəşlə müalicə olunan – 4 XƏSTƏLİK

Səhiyyə

Sadəcə günəşlənmək kifayət edir…

 

Düzgün zamanda və lazımi miqdarda günəşlənmək bədən üçün çox faydalıdır. İfrata varmadıqda günəşlənməyin sağlamlığa bir çox faydası var və bəzi xəstəliklər bu vasitəylə müalicə edilə bilər.

Günəş işığı sağlamlıq üçün lazım olan neyrohormonlar istehsal edir. Günəş işığının olmaması bəzi hallarda mövsümi depressiyaya səbəb olur. Neyrohormonlar eyni zamanda iştahı nizama salır, sizi qəlyanaltılardan, yağlı və şirni yeməkdən uzaqlaşdırır. Ona görə də yayda bu xüsusiyyətinə görə arıqlamaq qışla müqayisədə daha asandır.

Günəşin şüaları sayəsində bədəndə əhval-ruhiyyəni yüksəldən endorfinlər ifraz olunur. Həmçinin əzələ gərginliyinə rahatladıcı təsir göstərir. Günəş şüaları oyaq qalmaq və yatmaq dövrlərini, bədənin ritminin dəyişməsini tənzimləyir.

Günəşin müalicə etdiyi xəstəliklərdən:

VİTİLİQO

Xroniki otoimmun xəstəlik olan vitiliqo dərinin, bəzən saç və bədən tüklərinin rənginin dəyişməsidir. Bu, melanositlərin, dərini piqmentasiya edən hüceyrələrin məhv edilməsi nəticəsində yaranır. Vitiliqonu müalicə etmək üçün fototerapiya, yəni tibbi şəraitdə ultrabənövşəyi şüalardan istifadə olunur. Ağ qan hüceyrələrinin məhvinə səbəb olan, lakin hər şeydən əvvəl yeni melanositlərin bərpasına kömək edən ultrabənövşəyi şüalardan istifadə olunur. Bu şüalar olmadan vitiliqonu müalicə etmək demək olar ki, mümkün deyil. Yay aylarında hər gün günəş kremi olmadan dəri qızarana kimi günləşmək məsləhətlidir. Bu, yayda Günəş altında bir neçə dəqiqə, yaz aylarında isə bir qədər çox qalmaqla davam edə bilər. Lakin daha sonra krem və ya paltarla günəşdən qorunmaq lazımdır. Vitiliqo xəstəliyi olan insanların günəşləndikdən sonra melanoma əməl gəlmə ehtimalı 3 dəfə azdır.

SƏDƏF XƏSTƏLİYİ

Bədənin müxtəlif yerlərində qırmızı rəngdə pul-pul yayılaraq ortaya çıxan sədəf xəstəliyi dərinin iltihablanmasına və epidermisin hüceyrələri olan keratinositlərin yenilənməsinin sürətlənməsinə yol açan bir immun xəstəliyidir. Bu xəstəlik adətən günəşlə sağalır. Fototerapiya sədəf xəstəliyinin bir hissəsidir. Süni və ya təbii ultrabənövşəyi (UB) şüalar iltihab əleyhinə və immun funksiyasını dəstəklərən (immunomodulyar) təsirə malikdir.

UB şüalarının tam qarşısını almayan günəş kremi ilə günəşlənə bilərsiniz. Lakin daha güclü nəticə üçün qoruyucu vasitələrdən istifadə etmədən bir neçə dəqiqə günəşə çıxmaq lazımdır. Günəş yanığı almamağa diqqət edin. Çünki günəş yanığı dərinin iltihablanmasıdır ki, bu da sədəf xəstəliyinin alovlanmasına səbəb ola bilər.

Günəşdə və UB şüalarının təsiri altında sədəfin qızartıları yox olur, hətta ciddi zədə almadıqca tamamilə gözdən itir. Lakin bu sağalma uzunmüddətli deyil. Belə ki, istilikdən dolayı tərləmə olduqda sədəf xəstəliyini ağırlaşdıra bilən qıcıqlanmaya səbəb ola bilər. Ona görə də ölçülü şəkildə günəş vannası qəbul etmək lazımdır.

Günəşin faydalı ola bilməsi üçün ziyanlı saatlarda günəşlənmək olmaz. Saat 11:00 ilə 16:00 arasında günəşə çıxmayın. Bundan başqa, başınıza papaq taxın və gözlükdən istifadə edin. Günəşlənərkən zərərli şüalardan qoruyan SPF tərkibli (ən azı 30) kremdən istifadə edin. Dəriniz üçün təhlükəli məqam varsa, o zaman günəşlənməyin.

DEPRESSİYA

Günəş işığı depressiyanın hər növünü müalicə edir. Depressiyada olan insanlarda hər zaman oyaq qalma və yatma nizamı pozulur. Gecələr yuxusuz olur, gün ərzində isə yorğunluq yaşanır, bitkin olurlar. Bu insanlar yay aylarında səhər erkəndən, 9-dan əvvəl durub istər günəşli havada, istərsə də buludlu havada, günəş eynəyi olmadan yürüyüşə çıxmalı və ya qaçmalıdır. Fiziki aktivlik bədənin temperaturunu dəyişdirir, bu da gün ərzində oyaq qalmağa köməkr edərək hormonal ifrazatları artırır.

SÜMÜK ƏRİMƏSİ

D vitamini sümüklərin sağlamlığı üçün çox vacibdir. Çünki sümüyün mineral strukturunu təşkil edən kalsium və fosforun udulmasını təmin edir. Orqanizmdə D vitamini günəşdən gələn ultrabənövşəyi şüalara məruz qalan dəri tərəfindən istehsal edilir.

D vitamininin yaranması üçün çox az günəş işığı lazımdır. Dəri təmiz olduqda üz və əllərə gündə 10 dəqiqə günəşin düşməsi kifayət edir. Həmçinin dəri nə qədər tünd rəngdə olarsa, günəşlənmə müddəti də bir o qədər uzun olmalıdır. Günəşdən qoruyucu vasitələr D vitamininin sintezinə maneə törətmir.

Xüsusilə də insan yaşlandıqca dəridəki D vitamininin istehsalı azalır. Ona görə də D vitamini ilə zəngin olan qidalar və həkimin məsləhəti ilə D vitamini qəbul etmək lazımdır.  Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.