Bu sözləri Qazimiz Ülvü Qədir mətbuata söyləmiş.
Paşamız, Sərkərdəmiz, səngər generalı Polad Həşimov – əbədi olaraq qəlbimizdə, xatirələrimizdə yaşayacaqdır.
5 ilə yaxın çiyin-çiyinə xidmət etdiyim üçün qürur və iftixar hissi duyuram.
Haqqın rəhmətinə qovuşmasının 2-ci il dönümündə sevgi və rəhmətlə anırıq Generalımızı.
İkinci fəxri xiyabanda şəhid qardaşımız General Polad Həşimovun ikinci il dönümündə məzarını ziyarət etdik. Space Televiziyasına Paşamız haqqında xatirələrimizi, düşüncələrimizi bölüşdük.
Nə qədər ki, Azərbaycan adlı məmləkət var, Paşamız, şəhid qardaşımız Polad Həşimov heç vaxt unudulmayacaq.

Turanxeber.az Güllər Amin