Rusiya Müdafiə Nazirliyi Ukrayna limanlarından taxıl ixracına icazəni nəzərdə tutan yekun sənədin tezliklə hazır olacağını açıqlayıb.
Həftə ərzində İstanbulda keçirilən üçtərəfli görüşlərdən sonra danışıqlarda irəliləyişin əldə edildiyi bildirilir.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Rusiya dövlət televiziyasına verdiyi açıqlamada deyib ki, yekun sənəd üzrə işlər tezliklə başa çatacaq.
Kiyevə silah və hərbi texnika göndərilməsinin də qarşısını almaq istədiklərini bildirən Konaşenkov Moskvanın təkliflərinin iştirakçılar tərəfindən dəstəkləndiyini bildirib. Çərşənbə günü İstanbulda taxıl daşınması üçün üçtərəfli koordinasiya mərkəzinin yaradılması və liman çıxışlarında və təyinat məntəqələrində birgə nəzarətə dair danışıqlarda irəliləyiş əldə edilib.
Tərəflərin gələn həftə yenidən görüşməsi gözlənildiyi halda, prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Tehranda Rusiya lideri Vladimir Putin və İran prezidenti İbrahim Rəisi ilə görüşəcək. Turanxeber.az