Odessa bombalandı – Şəhər üçün ciddi təhlükə

Dünya

Səhər saatlarında ruslar Odessaya raket zərbəsi endirib. Baş verən yanğın nəticəsində təhlükəli maddələrin alovlanması təhlükəsi yaranıb

Bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

“Hazırda yanğının partlayıcı maddələrə yaxınlaşması təhlükəsi var. Yanğının söndürülməsi davam edir”, – komandanlıqdan bildirilib.

Hadisə yerində xilasedicilər işləyir.

Odessa vilayət hərbi administrasiyasının sözçüsü Sergey Bratçuk videomüraciətində raket hücumu nəticəsində heç kimin xəsarət almadığını deyib: “Düşmən raketi ilə vurulan anbarın mühafizəçiləri döyüş zamanı təhlükəsizlik qaydalarına əməl ediblər. Hava hücumundan sonra sığınacağa düşüblər və bu onların həyatını xilas edib”.

İlkin məlumata görə, ruslar Stavropol istiqamətində Tu-95 strateji təyyarələrindən istifadə edərək Odessaya raket hücumu həyata keçirib.  Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir