Təhsil Nazirliyinin dünən keçirdiyi məllimlərin işə qəbulu ilə bağlı imtahanında riyaziyyat fənni üzrə sualların imtahandan öncə bəzi iştirakçılara göndərilib.
Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
“Riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif- ekspert tərəfindən göndərilməsi barədə çoxsaylı müraciətlər var. Əgər bu fakt təsdiqini taparsa, bu, səriştəsizlik, bacarıqsızlıq nümunəsi olacaq”, – ekspert bildirib.
K.Əsədov bununla bağlı ona göndərilmiş imtahan suallarını paylaşıb. “Əgər bir sual belə, öncədən göndərilibsə, bütün təşkilatçıların istefasını təmin edəcəyəm. Kiminsə taleyi ilə oynamaq hüquqları yoxdur”, – ekspert vurğulayıb.
Müəllif: Teleqraf.com