Bayden İsraili tərk etdi, Qəzza vuruldu – Şok gəlişmə

Dünya

İsrail ordusu dünən gecə atılan raketlərə cavab olaraq Qəzzaya hava hücumu həyata keçirib.

ABŞ prezidenti Co Baydenin bölgəyə səfərindən bir gün sonra İsraillə Qəzza arasında gərginlik artıb.

İsrail Qəzzadan atılan raketlərə hava zərbələri ilə cavab verib. İsrail ordusu ötən gecə HƏMAS-ın Qəzzada raket istehsalı müəssisəsinin vurulduğunu açıqlayıb.

Raketlər açıq əraziyə düşüb. Bir raketin isə hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.

Baydenin İsrailə və İordan çayının qərb sahilinə səfəri Qəzzada etirazlara səbəb olmuşdu. 
Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir