Rus ordusuna ağır zərbə: 4 polkovnik öldürüldü

Dünya

Ukrayna qoşunları HIMARS MLRS zərbələri nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin 106-cı Hava Desant Diviziyasının dörd komandir müavinini öldürüb.

Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklər hərbçilərin ölümü ilə bağlı Rusiya KİV-lərində dərc olunan məlumatlara istinad edirlər.

Qeyd olunur ki, rus mediası 106-cı diviziyanın komandir müavinləri polkovnik Sergey Kuzminov, polkovnik Andrey Vasilyev və polkovnik Maksım Kudrinin ölümü ilə bağlı yazıb.

“Bu, görünür, Ukraynanın HIMARS-ın iyulun 9-da Şaxtyorsk üzərinə endirdiyi zərbələr nəticəsində 106-cı diviziyanın komandanlığının əhəmiyyətli hissəsinin öldürüldüyü və ya yaralandığı barədə bəyanatlarını təsdiqləyir”, – analitiklər yazır.

Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, rus qoşunları Slavyansk-Seversk-Baxmut xətti boyunca genişmiqyaslı hücuma hazırlaşır.  Turanxeber.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir