Xaçmaz rayonu Müzəffəroba kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev intihara cəhd edib.
Verilən məlumata görə o, özünü yaşadığı evdən asaraq öldürmək istəyib.
Son anda xilas edilən qazimiz hazırda Bakıya gətirilir.
Bildirilir ki, onu intihara sürükləyən səbəb rəsmi qurumların ona etinasiz yanaşması olub.
Qeyd edək ki, bu, gün ərzində ikinci özünəqəsd hadisəsidir.
Belə ki, II Qarabağ müharibəsi iştirakçısı, Gəncədən olan qazi Etibar Əliyev qolunu doğrayaraq intihara cəhd edib.
Turanxeber.az