Baxış: 114
Kütləvi səfərbərlik üçün gözlədiyi dəstəyi tapa bilməyən Rusiya prezidenti Vladimir Putin ordunun dağılmasının qarşısını almaq üçün radikal qərarlar alıb.
Bu barədə “Telegraph” qəzeti məlumat dərc edib. Yazıda qeyd olunub ki, uğursuz əməliyyata görə hazırda rus qüvvələri demək olar ki, tükənmək həddindədir. Paytaxt Kiyevi ələ keçirmək planları iflasa uğrayan və əməliyyatlarını Donbas bölgəsinə keçirməli olan Rusiya prezidentinin müharibədəki itkilərdən sonra kütləvi səfərbərlik elan edəcəyi aylardır müzakirə edilsə də, reallığın tam fərqli olduğu bildirilib.
Qərb rəsmiləri iddia ediblər ki, çarəsiz Putin orduya Rusiyanın ən kasıb məhəllələrindən və həbsxanalarından adam cəlb edir. Məlumata görə, səlahiyyətlilər, xüsusilə işə qəbul üçün müharibəyə dəstəyin az olduğu məhəllələrdən uzaq dururlar. Həbsxanadan çıxarılan əsgərlərə “amnistiya” vəd edən hökumət yaşlıların da işə götürülməsinə icazə verir.
Britaniya Müdafiə Nazirliyi itkilərin Rusiyanı “qeyri-ənənəvi alışlar” etməyə məcbur etdiyini və hərbi xidmətə çağırışla bağlı ciddi problemlərin olduğunu vurğulayıb. İngilis kəşfiyyatı rus ordusunda mənəvi-psixoloji durumun aşağı olduğunu bildirərək, yeni orduya qəbul edilən əsgərlərin döyüşə göndərilməzdən əvvəl cəmi 3-7 gün təlim keçdiyini iddia edib. Qərb mediası bu gün həbsxanalardan əsgər toplanması iddiasına geniş yer verib. “Telegraph” qəzeti sözügedən xəbər üçün “Putin həbsxanalara basqın etdi” başlığından istifadə edib.
Turanxeber.az