Rus ordusunun planı baş tutmadı: Biabırçı şəkildə geri çəkildi – Baş Qərargah

Dünya

Rusiya ordusunun Maryinka istiqamətində hücum cəhdi tam iflasa uğrayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“İşğalçıların Maryinka istiqamətində növbəti hücum cəhdi tamamilə uğursuz oldu. Düşmən hərbçilərimizin atəşi altında biabırçı şəkildə geri çəkildilər”, – məlumatda deyilib.

Rusiya Pivdennobuz istiqamətində öz qüvvələrini Ukrayna ordusunun bölmələrinin irəliləməsinin qarşısını almaq üçün cəmləşdirir.

Qara və Azov dənizlərinin akvatoriyalarında Rusiya qoşunlarının hərbi-dəniz qruplaşmaları əsas səylərini mühüm hərbi və mülki obyektlərinin qanadlı raketlərlə vurulmasına, Ukraynanın Hərbi Dəniz və sərhəd qüvvələrinin və vasitələrinin hərəkətlərinin qarşısının alınmasına yönəlib.

Ukrayna qüvvələri müdafiə mövqelərini gücləndirib. Rus ordusunun müxtəlif səviyyəli komanda məntəqələrinin və sursat anbarlarının hədəfə alındığı bildirilib.

Məlumata görə, Rusiya qüvvələri Kramatorsk və Baxmut istiqamətlərində hərbi əməliyyatları intensivləşdirməyə hazırlaşır.

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir