Niderlandda süni mayalanma üçün öz spermasından istifadə edən mərhum həkimin DNT-sində “genetik qüsurun” aşkarlandığı üzə çıxıb.
Turanxeber.az BBC-yə istinadən xəbər verir ki, 1973-1986-cı illərdə Niderlandın Leiden şəhərində ginekoloq kimi çalışan həkimin azı 41 uşağın atası olduğu bildirilir.
Daha əvvəl onun 21 uşağın atası olduğu zənn edilirdi.
Məlum olub ki, Dr. Jas Beek-in pasiyenti olan analardan biri də eyni genin daşıyıcısı olub və nəticədə o, iki körpəsini itirib.
Niderlandın Elisabeth Xəstəxanasında 25 il işləyən Jas Beek 2019-cu ildə vəfat edib.