Ermənistanda banklardan birində güclü partlayış baş verib. Ölən və yaralananlar var.
Turanxeber.az xəbər verir ki,bu barədə erməni mediası məlumat yayıb.
İyulun 6-da səhər saatlarında Aştarakdakı banklardan birində partlayış, ardınca isə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza siqnalı saat 09:07 radələrində daxil olub.
İlkin məlumata görə, bir nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Yanğın saat 09:54 radələrində söndürülüb.