HAQDA VAR, DİVANDA VAR!
Qırılan ümüdlər heç qırılmasın.
İnandım ki ,haqda var, divanda var.
Haq nahaq önündə heç alçalmasın.
Əyri yol çox getməz düz yola çıxar.
İnandım ki ,haqda var, divanda var.
Haqsızın şər desə bil sözü keçməz.
Haqsız böhtan atar sübuta yetməz.
Böyük nəzarətdi gözə görünməz.
Quyu qazan özü quyuya aşar.
İnandım ki ,haqda var, divanda var.
Niyə namərd oldun mən heç bilmədim.
Övlad oldun ,ata yolun getmədin.
Tutduğun əməli özün inlədin.
Bilmədin vurduğun düyün açılar.
İnandım ki ,haqda var, divanda var.
Arvad hiyləsiylə yol azmaz kişi.
Evdə bayram olar ata gəzişi.
Açır hər düyünü zaman gedişi.
Ataya ağ olan bir gün uduzar.
İnandım ki ,haqda var, divanda var.
Vidadini nahaq çəkdi divana.
Gec deyil gəl ayıl deyirəm sana
Haq mənimdi sürünsəndə hayana.
Misal var nə olsa ötər karvanlar.
İnandım ki ,haqda var, divanda var.
Turanxeber.az
Turanxeber.az
Bakı 17-12-2014 saat 12-36 VİDADİ AĞDAMLI ŞAİR
