Bakı Metropolitenində balta ilə gəzən şəxsin görüntüləri yayılıb.
Turanxeber.az xəbər verir ki, öz videosunu çəkərək Tiktok-da paylaşan şəxs metroda balta ilə gəzdiyini deyərək əlindəki bağlamanı göstərib.
Vətəndaşları hədələyən həmin adam videoda bunları deyib: “And olsun bizi yaradana. Bakı şəhərində qaşın-gözün… Nə bilim özünü qadın kimi aparanlardan görsəm, Bakı şəhərində bu balta ilə… Bax metrodayam, həmin o qaşın-gözün alanın başını kəsməsəm, adam deyiləm”.
DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, məsələ ilə bağlı intensiv araşdırma tədbirləri həyata keçirilir, nəticəsi barədə əlavə məlumat veriləcək